“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - Foto

  • 15 noy 2018, 09:51

Qəbələ şəhərində "Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

      FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.

"Qafqazinfo" xəbər verir ki, qəzada həlak olan "Qəbələ” futbol akademiyasının məşqçisi Teymur Musayevdir.

Qəzaya düşən Teymur Musayevin dostudur.

Oxşar xəbərlər