Millimiz möhtəşəm qələbə qazandı - 3:0
- 12 okt 2018, 07:57
UEFA Millətlər Liqasının 3-cü qrupunda yer alan millimiz Farer adaları ilə qarşılaşıb. Oyun millimizin üstünlüyü və qələbəsilə yadda qalıb.
Əvvəlki 2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk möhtəşəm qələbəsini qazanıb.
Qarşılaşma Torşavn şəhərindəki "Torsvullur” stadionunda keçirilib, oyun Bakı vaxtı ilə 22:45-də başlayıb.
Millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə hesabı açdı: 1-0.
Nazarov Rüfət Dadaşovun ötürməsi ilə fərqi artırdı: 2-0.
R. Almeyda matçın 85-ci dəqiqəsində penaltidən fərqi bir qədər də artırdı: 3-0.
Beləliklə, millimiz Farer adalarına 3-0 qalib gəlib. Bu nəticədən sonra komandamız xalını 5-ə yüksəldib. Qrupumuzun digər görüşündə isə Kosova Maltanı 3-1 məğlub edib. Qrupda hazırda Azərbaycan yığması ikinci yerdə qərarlaşıb:
1. Kosova - 7 xal
2. Azərbaycan - 5 xal
3. Farer adaları - 3 xal
4. Malta - 1 xal
Demokratik.Az