111 yaşlı kişinin hələ də məşq edir - FOTO

  • 18 sen 2018, 07:47

ABŞ vətəndaşı, 111 yaşlı Henri Tszenin gündəlik rejimi marağa səbəb olub.

Trend-in məlumatına görə, Henri hər gün məşq zalına baş çəkir. O, səhərlər 30 dəqiqə trenajor zalında məşq etdikdən sonra yoqa ilə məşğul olur.

Henri belə məşqləri o qədər də çətin hesab etmir. O bildirir ki, 90 yaşında akrobatika ilə məşğul olurdu.

Henrinin qızı bildirib ki, atası həmişə sağlam həyat tərzi sürüb, həmişə idman edib, heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib.

O, qida rejiminə də daim nəzarət edib. Henri hər gün səhər 2 yumurta, yarım qreypfurt, banan, yağ və cem yeyir. Qəhvə və portağal şirəsi içir.

Naharda isə o, sevimli italyan, Çin və ya Meksika mətbəxindən yararlanır. Şam vaxtı isə şorba və ya yağsız qızardılmış ət yeyir. Henri hərdən şirin qidaların - keks və tortun da dadına baxır.

 

Oxşar xəbərlər