Ronaldonun ideal fiziki formasının sirri -Açıqlandı

  • 13 sen 2018, 11:07

"Yuventus”un futbolçusu Kriştiano Ronaldonun ideal fiziki formaya sahib olmasının səbəbləri açıqlanıb.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı hücumçunun sağlamlığına nəzarət edən həkim Xuan Karlos Ernandes "La Gazetta Dello Sport”a müsahibəsində onun düzgün vərdişlərə əməl etdiyini bildirib:

"Ronaldonun uğuru üç amillə bağlıdır – düzgün məşq, düzgün qidalanma və düzgün istirahət. 
33 yaşlı futbolçunun digər həkimi Mika Kleqqa isə deyib: "Ronaldonu həmkarlarından fərqləndirən əsas cəhət onun işinə sədaqətli olmasıdrı. O, heç vaxt dayanmır".

Qeyd edək ki, yay fasiləsində "Real”dan "Yuventus”a keçən Ronaldo A Seriyasında 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Demokratik.Az

Oxşar xəbərlər