"Qarabağ”/ “Kukesi” oyununa 3 günə 5 min bilet satılıb

  • 27 iyul 2018, 18:25

"Qarabağ" klubunun Albaniya "Kukesi"si ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

"Report” xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra üç gün ərzində alınıb. Qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Arenanın tutumu 31200 nəfər təşkil edir.

Qeyd edək ki, avqustun 1-i keçiriləcək "Qarabağ” - "Kukesi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Oxşar xəbərlər