Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:13 - 18.09.2018  
Futbol mündialının üçüncüsü kim olacaq?
Tarix: 14-07-2018, 10:04 | Bölmə: Xəbərlər » İdman

İddialı komandalar mundiala  üçüncü yer tutmaq üçün gəlmir, heç ikinci yer də təskinlik vermir...

Futbol mündialının üçüncüsü kim olacaq? Bu gün Sankt-Peterburqda XXI dünya çempionatının üçüncülüyü uğrunda İngiltərə və Belçika mililəri qarşılaşacaq.  Görüş Bakı vaxtilə saat 18:00-da başlayacaq.  

İlk dəfə 1986-cı ildə dünya çempionatının yarımfinalına adlayan Belçika millisi Argentinaya 0:2 hesabı ilə uduzmuşdu. 32 il əvvəl üçüncü yer uğrunda görüşdə isə Belçika millisi Fransaya yenilmişdi - 2:4. 2018-ci il mundialında  Fransaya 0:1 hesabı ilə uduzan belçikalılar  yenə arzularına çata bilmədilər. 

2014-cü il mundialında ingilislər qrupda  İtaliya və Uruqvaya məğlub oldu, Kosta-Rika ilə heç-heçə edərək qrupdan erkən evə döndülər.

2016-cı ilin sentyabrından yığmaya rəhbərlik edən yerli məşqçi Qaret Sautqeyt əsasən gənclərdən ibarət komanda ilə mundiala gəlmişdi. Adamın olanı...

Belçika və İngiltərə bu mundialadək iki dəfə bir qrupda mübarizə aparıblar. 1954-cü il mundialında və 1980 Avropa çempionatında.  1954-cü ildə komandalar heç-heçə oynayıb. Avropa çempionatın qrup mərhələsində də oyun 1:1 hesabı ilə başa satıb. 1990-cı il mundialında isə 1/8 finalda İngiltərə 1:0 hesabı ilə qalib gəlib. Bundan başqa, komandalar 18 dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. Ümumilikdə keçirilən 22 qarşılaşmanın 15-də ingilislər qalib gəlib, yalnız 2 görüşdə məğlub olublar, 5 oyunda isə qalib müəyyənləşməyib.

Məlumdur ki, onlar bu mundialda da G qrupuna düşmüşdülər. Son turda hər iki komanda "pley-off”a vəsiqəni təmin etdikləri üçün əsasən ikinci heyətdə meydana çıxdılar və Belçika bir top vuraraq qrup lideri oldu.     

İngiltərənin mundialın yarımfinalına kimi gəlib çıxması özü bir kiçik möcüzə idi. Çempionatın bütün oyunlarını izləyənlər də təsdiq edər ki, ingilislərin qrup mərhələsindən evə gedən Seneqaldan, 1/8-də mübarizəni dayandıran Meksikadan və Yaponiyadan xüsusi üstünlüyü yox idi. 1/4-də evə gedən Braziliyadan, Uruqvaydan, hətta heç həzm edə bilmədiyim Portuqaliyadan bir addım geridə qalan komanda idi.

Qrup mərhələsində yazıq Panamanın qapısına 6 top vurub mundiala ilk dəfə gəlmələrinə peşman etdilər, Tunisi zorla uddular. Belçikaya isə uduzdular. İngiltərə bu çempionatda daha çox püşkə minnətdar olmalıdırlar ki, bu gün 3 yer uğrunda oynayır. İngiltərə qarşısına güclü komanda çıxan kimi büdrədi və bu gözlənilən idi. 

Xorvatiya ilə yarımfinal oyunundan əvvəl xeyli "hava vurmuşdular” İngiltərə komandasına. Xüsusilə ingilis mətbuatı bu şişirtmədə fəal olub. Amma nə ilə? Çempionatın bombardiri Harri Keyn, Rahim Sterlinq qaçıb, qaçıb yoruldular. Cavanları qınamaq olmaz, onlar hələ Premyer Liqada ancaq təcrübə toplayırlar.

Futbol mündialının üçüncüsü kim olacaq?

İngiltərə bütün göstəricələrə görə Xorvatiyadan geridə qalırdı. İngiltərə isə mənim təxminimə görə, 30 dəqiqə oynadı. Erkən qol vurdular və 20 dəqiqə xorvatların həyəcanından istifadə edib qapıya yol axtardılar. Statistika da bunu təsdiqləyir. İnanmayanlar oyunun yekun statistikasını tapıb baxsın. Bütün göstəricilər qoca xorvatların üstün olduğunu təsdiqləyir.

İngiltərə bu çempionatda standart vəziyyətdən istifadə edə bilən komandalardan biri idi və bunu mübahisəsiz  Xorvatiyadan yaxşı bacarırlar. Yeganə topu da standart vəziyyətdən vurdular, iki top da vura bilərdilər standart vəziyyətdən. Birini Şubasiçin yerinə komanda yoldaşı qapı xəttindən çıxardı, biri qapının yanında keçdi. Vəssalam. İngilis havası belə  "fıs” çıxdı.  

İngilislərin bu oyunla finala çıxması çox ləzzətli çempionatın  dadını qaçırardı. Ədalətsiz olardı, hətta özlərindən çox güclü Fransanı nəsə bir təsadüfi qoldan udub çempion olsaydılar, lap biabırçılıq olardı. Amma Xorvatiya bu biabırçılığa icazə vermədi, qarşısında durdular, ingilislərə xüsusən ikinci hissədə futbolu necə oynamağı başa saldılar

Futbol mündialının üçüncüsü kim olacaq?

 

O üçlükdə İngiltərə yoxdur, Fransa var, Belçika var... Xorvatiya heç şübhəsiz bu çempionatın ən yaxşı üç komandası sırasında birinci yerdədir. Arqumentləri sadalamaq fikrim yoxdur, bu komandanı izləyənlər, rəğbət bəsləyənlər bilir. Xorvatiyanın finalda olması  ədalətlidir. Final haqda yazanda bu mövzuya yenə qayıdarıq...

Bu gün İngiltərə və Belçika qarşılaşması xüsusi  maraq kəsb etmir. Mundialda yeganə oyundur ki, baxmamaq da olar. Bəli, FİFA reytinqinə birbaşa təsir edən, pul mükafatı olan 3-cü yer qarşılaşması da komandalar üçün çox mühümdür. Amma futbol üzrə dünya çempionatı yeganə çempionatdır ki, iddialı komandalar üçüncü yer tutmaq üçün gəlmir, heç ikinci yer də təskinlik vermir. Çempion!.. Dünya çempionu! Dörd il daşınacaq bir titul! Fikirləşin, Xorvatiya bunu haqq edir, yoxsa Fransa? Finala nə qaldı ki...

 3-cü yerə görə... Məncə, Belçika versin bu oyunu ingilislərə. O gənclər üçün bir motivasiya olar. Belçika da bu çempionata 3-cülük üçün gəlmədiyi dəqiqdir.

Az qala  unutmuşdum.  Bu gün çempionatın bombardirləri sırasında olan  Harri Keyn (6)  və Romelu Lukaku (4) hesablarındakı top sayını artıra bilərlər.

Nazim SABİROĞLU,

Xəbər 295 dəfə oxunub






Oxşar xəbərlər

Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Gürcü kəşfiyyatçı Cənubi Qafqazdakı ABŞ laboratoriyalarının sirrini açıb
İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
AzNəşriyyatda MÜBHƏM QƏZETÇİLİK ruhu dolaşır - ANONS
Moskva Mettisi nüvə zərbəsi ilə hədələyib - Şok
ABŞ-ın ağır hərbi texnikası Litvaya gətirilib
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır
100 il əvvəl - Nuru paşa gəldi, Bakı daşnak-bolşevlərdən təmizləndi
2019-da buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq
İlham Əliyevdən vətəndaşlara XOŞ müraciət
Gürcüstan turizmdən ayda 441 milyon dollar qazanır
Beyləqan Rayonuna yeni Polis rəisi təyin olunub
Azərbaycan - İsrail əməkdaşlıq layihələri müzakirə edilib
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
15 sentyabr - Azərbaycanda Bilik günüdür
Müxalifət düşərgəsində İlqar Məmmədov qovğası
NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"
BÜRCÜNÜZ – 15 sentyabr
Ermənistanda vətəndaş müharibəsi ola bilər
Bu gün Bakıda möhtəşəm parad keçiriləcək
Rza Zərrab niyə türmədə deyil?
Elmar Vəliyev oğlu ilə restoranda – Yeni FOTO
“Elçibəyə dil uzadanlar cavabını alacaq” – Toliki həbs gözləyir
Ağalarovların adı ABŞ-da şübhəli pul köçürmələrində hallandı
«VTB»-nin başçısı dollardan imtina planı hazırlayıb
“NAZİR 2 OĞLUNU HƏRBİDƏN YAYINDIRDI…” – “7 ildə cəbhə bölgəsində onları görmədim”
Ərdoğan və Putinin görüş tarixi açıqlanıb
Adnan Oktarın “kediciklər”indən biri azadlığa buraxıldı
Türkiyə BM Məclisinin nümayəndə heyəti Bakıya gəlir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13600] initstartout [0.00016] initstartin [0.00067] calstart [0.00891] calend [0.00049] topnewsend [0.00388] rsssend [0.00000] ehgend [0.01936] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10191]