“Atletiko” hücumçusunu “Valensiya”ya satdı

  • 08 iyul 2018, 21:11

"Atletiko"nun hücumçusu Kevin Qameyro karyerasını "Valensiya”da davam etdirəcək. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi futbolçusunu "yarasalar”a satıb.

Bu keçid "Atletiko”ya 14 milyon avro qazandırıb. Müqaviləyə 6 milyon avroluq bonus bəndi də salınıb. Transfer yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Kevin Qameyro "Atletiko”ya 2016-cı ildə "Sevilya”dan keçib.

Oxşar xəbərlər