Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu

  • 19 iyun 2018, 16:42

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilir.Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı yenə son ölkə çempionu "Qarabağ” təmsil edəcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma "köhlən atlar” üçün Sloveniyanın "Olimpiya” klubunu çıxarıb. Beləliklə, "Qarabağ” Avropanın əsas klub yarışında mübarizəyə Sloveniya təmsilçisi ilə start verəcək. "Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

Olimpiya (Sloveniya) – Qarabağ (Azərbaycan)
Şkendiya (Makedoniya) – TNS (Uels)
Torpedo (Kutaisi, Gürcüstan) – Şerif (Moldova)
Düdelanj (Lüksemburq) – Videoton (Macarıstan)
Suduva (Litva) – APOEL (Kipr)
İlkin mərhələnin qalibi – Malmö (İsveç)
HJK (Finlandiya) – Vikinqur (Farer adaları)
Ludoqorets (Bolqarıstan) – Kruzeyders (Şimali İrlandiya)
Kork Siti (İrlandiya) – Legiya (Polşa)
Valur (Reykyavik, İslandiya) – Rusenborq (Norveç)
Kukesi (Albaniya) – Valletta (Malta)
Flora (Tallin, Estoniya) – Hapoel (Beer-Şeva, İsrail)
Spartak (Yurmala, Latviya) – Srvena Zvezda (Serbiya)
Alaşkert (Ermənistan) – Seltik (Şotlandiya)
Spartak (Trnava, Slovakiya) – Zrinski (Bosniya və Hersoqovina)
Astana (Qazaxıstan) – Sutyeska (Çernoqoriya)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.

Oxşar xəbərlər