Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:13 - 19.12.2018  
Papaq altından çıxan oğlanlar - Panamanın qrupu
Tarix: 13-06-2018, 11:05 | Bölmə: Xəbərlər » İdman

Bu qrupda lider Belçika ola bilər, amma sürprizlərə də hazır olaq...

Papaq altından çıxan oğlanlar - Panamanın qrupuRusiyada başlayacaq futbol üzrə XXI mundialdakı daha bir qrupla tanış olaq.

G qrupu

Belçika

Panama

Tunis

İngiltərə

Son Avropa çempionatında ən ümidverən komanda kimi yadda qalan Belçika millisi dünya çempionatlarında 13-cü dəfədir ki, güclərini sınayacaq. 1982-ci il İspaniya mundialından üzü bəri dünya birinciliyində ardıcıl olaraq iştirak edən Belçika millisi yalnız bir dəfə- 1986-cı ildə dördüncü yeri tutub.

Braziliya mundialında Belçika qrupunda 9 xal toplaya bilmişdi. Əlcəzair, Rusiya və Koreya yığması ilə bir qrupda mübarizə aparan belçikalılar pley-off mərhələsində ABŞ-ı yalnız əlavə olunmuş vaxtda uda bildi. 1/4 mərhələsində isə 8-ci dəqiqədə Argentina millisindən qol "yeyən” belçikalılar oyunun taleyini dəyişə bilmədilər. 

Seçmə mərhələdə  Belçika millisi Yunanıstan, Bosniya, Estoniya, Kipr və Cəbəllütariklə bir qrupda mübarizə aparıb.  "Qırmızı ilbizlər” qrup mərhələsində 9 oyunda meydanlardan qalib ayrıldılar. Yalnız öz meydanlarında yunanlarla oyunda heç-heçə etdilər. Rəqib qapılardan 43 top keçirən Belçika cəmi 6 top buraxdılar. Nəticədə 30 mümkün xaldan 28-ini aktivlərinə yazdırdılar. 

Roberto Martines 2016-cı ilin avqustunda Mark Vilmotsdan boşalan baş məşqçi postuna təyinat alıb. Belçika milisi çempionat ərəfəsi keçirdiyi yoldaşlıq görüşlərinin yalnız birində heç-heçə edib, qalan 3 oyunda rəqiblərinə qalib gəlib. 

Belçikanın yer aldığı qrupda növbəti mərhələyə xüsusi çətinlik olmadan keçəcəyi proqnozlaşdırılır.    

Rusiyada meydana çıxacaq heyət belədir:

Qapıçılar: Koen Kastels ("Volfsburq”, Almaniya), Tibo Kurtua ("Çelsi”, İngiltərə), Simon Minyole ("Liverpul, İngiltərə);

Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi "Tottenhem”, İngiltərə), Dedrik Boyata ("Seltik”, Şotlandiya), Vensan Kompani ("Mançester Siti”, İngiltərə),  Tomas Mönye (PSJ, Fransa), Tomas Vermalen ("Barselona”, İspaniya);

Yarımmüdafiəçilər: Naser Çadli ("Vest Bromviç”, İngiltərə), Kevin De Bröyne ("Mançester Siti”, İngiltərə), Musa Dembele ("Tottenhem”, İngiltərə), Leander Dendonker ("Anderlext”), Maruan Fellaini ("Mançester Yunayted, İngiltərə), Adnan Yanuzay (”Real Sosyedad", İspaniya), Yuri Tilemans ("Monako”, Fransa), Aksel Vitsel ("Tiançjin Quanyan”, Çin);

Hücumçular: Mişi Batşuayi ("Borussiya”, Dortmund, Almaniya), Yannik Karrasko ("Dalian Yifanq”, Çin), Eden Azar ("Çelsi”, İngiltərə), Torqan Azar ("Borussiya”, Mönhenqladbax, Almaniya), Romelu Lukaku ("Mançester Yunayted”, İngiltərə), Dris Mertens ("Napoli”, İtaliya).

Panama mundiala ilk dəfə gəlir, amma...

Panama ilk dəfədir ki, mundialda iştirak edəcək. Bu tarixi uğuru  ölkədə yüksək səviyyədə qeyd ediblər. Prezident ölkədə bir günlük bayram elan edib. Panama KONKAKAF zonasından 4-cü vəsiqəni əldə etmiş komandadır. 2014-cü il dünya çempionatına da vəsiqə qazanmağa yaxın idilər, amma pley-offda ABŞ millisi onların qapısına 2 cavabsız top vuraraq Braziliya arzularını gözlərində qoydu.

2018-də isə bu ekzotik ölkənin komandası mundial arzusunu gerçəkləşdirdi. Kifayət qədər mürəkkəb olan bu zonada  4-cü vəsiqə uğrunda qızğın mübarizə getdi. ABŞ-ın mundiala getmək şansı daha çox idi, amma Trinidadu və Tobaqoya gözlənilməz məğlubiyyət  vəziyyəti dəyişdi. Panama Kosta-Rika ilə oyunun son dəqiqəsində vurduğu qolla hesabı bərabərləşdirdi və  Rusiyaya vəsiqə qazandı. Bu səbəbdən də bu qrupu panamalılarla tanıtsaq yaxşıdır... 

2014-cü ilin fevralından milli komandaya Ernan Dario Qomes rəhbərlik edir. Qomes uğurlu məşqçi sayılır. Belə ki, o, 1998-ci ildə Kolumbiya millisinin, 2002-ci ildə isə Ekvadorun adını  mundial tarixinə yazdıra bilib.  

Milli komandanın heyəti belədir:

Qapıçılar: Xose Kalderon ("Çorrilyo”), Hayme Penedo ("Dinamo”, Rumıniya), Aleks Rodriges ("San-Fransisko”, ABŞ)

Müdafiəçilər: Felipe Baloy ("Munisipal”, Qvatemala), Harold Kamminqs ("San-Xose”, ABŞ), Erik Davis ("Dunayska Streda”, Slovakiya), Fidel Eskobar, Mixael Murilyo (hər ikisi "Nyu-York Red Bullz”, ABŞ), Adolfo Maçado ("Hyuston”, ABŞ), Luis Ovalle ("Olimpiya”, Honduras), Roman Torres ("Sietl”, ABŞ)

Yarımmüdafiəçilər: Edqar Barsenas ("Tapaçula”, Meksika), Armando Kuper ("Unversidad de Çili”), Anibal Qodoy ("San-Xose”, ABŞ), Qabriel Qomes ("Bukaramanqa”, Kolumbiya), Valentin Pimentel ("Plasa Amador”), Alberto Kintero ("Universitario”, Peru), Xose Lus Rodriges ("Gent”, Belçika)

Hücumçular: Abdiel Arroyo ("Alahuelense”, Kosta-Rika), İsmael Dias ("Deportivo”, İspaniya), Blas Peres ("Munisipal”, Qvatemala), Luis Texada ("Sport Boyz”, Peru), Qabriel Torres ("Huaçipato”, Çili)

Tunis 12 il sonra mundiala qayıtdı  

Afrika təmsilçisi Tunis milli komandası 5-ci dəfədir mundialda iştirak edəcək.  Sonuncu dəfə onlar 2006-cı ildə dünya birinciliyinə qatıla bilmişdilər.  Qrupdakı ilk oyunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Tunis yığması heç-heçə etdi (2:2).    İspaniya ilə qarşılaşmada isə Tunis 3:1 hesabı ilə məğlub oldu. Qrupdaki son oyunda Ukrayna ilə qarşılaşan afrikalılar Andrey Şevçenkonun vurduğu yeganə qolla məyus oldular. Tunis beləcə mundialı tərk etdi.

Tunis seçmə mərhələdə A qrupunda mübarizə aparırdı. Bu komanda 6 oyuna 14 xal toplamaqla qrupdakı digər rəqibləri Konqo (13 xal), Liviya (4) və Qvineyanı (3) qabaqlamaqla mundiala vəsiqəni təmin edib.

Nabil Maalul 2017-ci ilin aprel ayında yığmaya baş məşqçi təyin olunub. Maalulun rəhbərliyi altında Tunis hələ məğlubiyyət acısı dadmayıb.  

Heyət belədir:

Qapıçılar: Aymen Matluti ("Əl-Batin”, Səudiyyə Ərəbistanı), Faruk Ben-Mustafa ("Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Mue Assen ("Şatoru”, Fransa)

Müdafiəçilər: Həmdi Naqqes ("Zamalek”, Misir), Dilan Bronn ("Gent”, Belçika), Rami Bedui ("Etual dü Sahel”), Yoan Benaluan ("Lester Siti”, İngiltərə), Siam Ben-Yussef ("Kasımpaşa”, Türkiyə), Yassin Meria ("Sfaksyen”), Ussama Haddadi ("Dijon”, Fransa), Ali Maalul ("Əl-Əhli”, Misir)

Yarımmüdafiəçilər: Elyo Skiri ("Monpelye”, Fransa), Məhəmməd Ben-Amor ("Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Qilan Şalali ("Esperans”), Fercani Sassi ("Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Əhməd Xəlil ("Klub Afriken”), Saif-Ədin Haui ("Trua”, Fransa)

Hücumçular: Fəxrəddin Ben-Yussef ("Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Vəhbi Xəzri ("Renn”, Fransa), Anis Badri ("Esperans”), Bassem Srarfi ("Nitsa”, Fransa), Nais Sliti ("Dijon”, Fransa), Saber Xelifa ("Klub Afriken”).

1966-cı ildən kuboka həsrət İngiltərə

Bu qrupda yer alan İngiltərənin dünya çempionu olduğunu kim xatırlayır? 1966-cı ildəki qələbəni bəlkə ingilislər özləri də artıq unutmağa başlayıblar. 15-ci dəfədir dünya çempionatlarında iştirakçı olan İngiltərə sanki qarğışa tuş gəlib. Çox vaxt qrup mərhələsini keçsələr də, İngiltərə xoşbəxt sonluğu gətirə bilmir. Ya bəxt üzünə gülmür, ya da...

Son dünya çempionatında İngiltərə İtaliya və Uruqvaya məğlub oldu, Kosta-Rika ilə heç-heç edərək qrupdan erkən evə döndü.

İngilislər seçmə mərhələdə Şotlandiya, Slovakiya, Sloveniya, Litva və Malta ilə bir qrupda yer alırdı. İngilislər 8 oyunda qalibiyyəti bayram etdilər. Yalnız Şotlandiya və Sloveniya ilə oyunda  heç-heçə etdilər. Qrup mərhələsində komanda məhsuldar oldu. Rəqib qapısından 18 top buraxan ingilislər yalnız 3 dəfə qapılarında top gördülər. Birinci yeri asanlıqla tutan komanda Rusiyaya vəsiqəni təmin etdi.

2016-cı ilin sentyabrından yığmaya Qaret Sautqeyt  rəhbərlik edir. O, 2013-2016-cı illərdə İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisini çalışdırıb.  

İngilislərin heyəti belədir:

Qapıçılar: Cek Batlend ("Stok Siti”), Cordan Pikford ("Everton”), Nik Pop ("Bernli);

Müdafiəçilər: Trent Aleksandr-Arnold ("Liverpul”), Qari Kehill ("Çelsi”), Kayl Uolker, Con Stounz (hər ikisi "Mançester Siti”), Herri Maquayr ("Lester”), Kiran Trippye, Denni Rouz (hər ikisi "Tottenhem”), Fil Cons, Eşli Yanq (hər ikisi "Mançester Yunayted”);

Yarımmüdafiəçilər: Erik Dayer, Delle Alli (hər ikisi "Tottenhem”), Cessi Linqard ("Mançester Yunayted”), Cordan Henderson ("Liverpul”), Fabian Delf ("Mançester Siti”), Ruben Loftus-Çik ("Çelsi”);

Hücumçular: Ceymi Vardi ("Lester”), Markus Reşford ("Mançester Yunayted”), Rahim Sterlinq ("Mançester Siti”), Denni Uelbek ("Arsenal”), Harri Keyn ("Tottenhem”).

Demokratik.Az

Xəbər 1375 dəfə oxunub






Oxşar xəbərlər

Oş şəhəri Türk dünyasının mədəniyyət paytaxtı -2019
Oqtay Əsədov: “O xanımın cavabını xalq verdi”
Ərdoğanın 13 milyon Tvitter izləyicisi var - özü isə yalnız həyat yoldaşını izləyir
ABŞ-da FETÖ üzvlərinin həbslərinə başlanıldı
Sürücü “Bravo” marketə avtomobili ilə “girdi”
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi – Foto
Mübarizi təhqir edən psixoloqa 3 il HƏBS ŞOKU
Azərbaycanda 5 gün iş olmayacaq
Goranboyda 2 nəfəri elektrik cərəyanı vurub
Göyçay sakini deputatın "ÇAYQIRAĞI VADİSİ"ndən yazdı - ŞİKAYƏT
MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞ
Yeni başçıdan ilk açıqlama: "Ciddi dəyişikliklər olacaq"
Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb
Prezident: “Azərbaycan yeni silahlar alacaq”
Masallıda məmurun “avtoş” oğlu polisi vuraraq qaçıb?
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Toyuq yumurtası böyüklüyündə almaz tapılıb
Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi
Azərbaycanda boşananların sayı açıqlandı
Bürcünüz – 18 dekabr
24 yaşlı milyonçu binadan küçəyə dollar səpələdi - Video
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
Qəhrəmanımız İbad Hüseynovu dinləyək - VİDEOMÜSAHİBƏ
Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib
İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
Əli Həsənov mühacir radikal Vidadi İsgəndərli haqqında yazdı
Azərbaycan əhalinin sayı açıqlanıb
Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17232] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00952] calend [0.00049] topnewsend [0.00445] rsssend [0.00000] ehgend [0.03762] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11883]