Abramoviç "Çelsi"ni 1,2 milyard avroya satmaq istəyir

  • 01 iyun 2018, 20:41

Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu satmağı qərara alıb.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, rusiyalı biznesmen kluba xərclədiklərini geri almaq üçün onu 1.2 milyard avroya satmaq niyyətindədir.

O, həmçinin Böyük Britaniyada yarım ilədək qalmasına imkan verən İsrail vətəndaşlığını aldıqdan sonra sərmayə vizasının uzadılmasına dair ərizəsini geri götürüb. 

Qeyd edək ki, "Çelsi" klubu daha öncə tikilməsi planlaşdırılan stadionun layihələndirilməsini dayandırıb. 

Oxşar xəbərlər