"Trabzonspor" klubunun yeni baş məşqçisi açıqlanıb

  • 30 may 2018, 18:01

Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi təqdim olunub. 

"Report"un məlumatına görə, kollektiv Ünal Karamana tapşırılıb. 52 yaşlı mütəxəssislə bağlanılmış müqavilənin detalları hələlik məlum deyil. Karaman bu postda Rza Çalımbayı əvəzləyib. 

Qeyd edək ki, Ünal Karaman son olaraq "Karabükspor" klubunda çalışıb. Komanda onun rəhbərliyi altında Superliqanı12 xalla sonuncu pillədə başa başa vurub. Ü.Karaman həmçinin "Konyaspor", "Adana Demirspor" və "Şanlıurfaspor" komandalarının baş məşqçisi olub.

Demokratik.Az

Oxşar xəbərlər