Demokratik TV
Xəbər lenti
UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər
- 23 may 2018, 08:30
UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.
"Report” xəbər verir ki, indi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.
Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti