"Qəbələ" - "Zirə" oyunundan sonra dava düşdü - VİDEO

  • 18 fev 2018, 14:05

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" və "Zirə" komandaları arasındakı matçdan sonra insident yaşanıb. 
 
"Report"un məlumatına görə, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki klubun futbolçuları arasında kütləvi toqquşma baş verib.
 
Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.
 
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.
Oxşar xəbərlər