"Qarabağ"la oyun bizə yaxşı dərs və stimul oldu"

  • 18 yan 2018, 13:20

"Hesab edirəm ki, birinci oyun üçün heç-heçə yaxşı nəticədir. Vurduğumuz hər iki qol düzgün idi. Amma qapımıza vurulan ilk qolda, ola bilsin, əllə oyun yox idi və penalti düzgün təyin olunmamışdı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kuban"ın futbolçusu Sergey Bendz Antalyada təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunu (2:2) barədə klubun saytına danışarkən deyib.

34 yaşlı müdafiəçi yaxşı təsir bağışladıqlarını bildirib: "Topa yaxşı nəzarət edən komandaya qarşı oynayırdıq. Fikrimcə, bu oyun gələcək inkişaf üçün yaxşı dərs və stimul oldu".

"Demokratik.Az"

Oxşar xəbərlər