Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:24 - 17.11.2019  
Mahir Şükürov: Bizim vaxtımızda kişilik var idi
Tarix: 12-01-2018, 08:00 | Bölmə: Xəbərlər » İdman

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov "CBC Sport” telekanalında yayımlanan "3-cü hissə” verilişində qonaq olub. Apasport.az saytının məlumatına görə, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı "Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

 

Mahir Şükürov: Bizim vaxtımızda kişilik var idiO, əvvəlcə "Neftçi”də işlədiyi aşağı yaş qruplarından ibarət komandadan ayrılmasına aydınlıq gətirib: "Uşaqlarla işləmək çox çətin idi. Böyük yaş qrupu üzrə komanda verilsəydi, qalıb çalışardım. Biz "Neftçi” üçün can qoymuşuq, oynamışıq, uğurlarında adımız var. Amma baxırıq ki, bu gün komandaya aidiyyatı olmayan adamlar orda işləyir. Belə baxanda Rəşad Sadıqov karyerasını bitirməmiş artıq "Qarabağ”da U-19-da işləyirdi, amma ona böyük qrup vermişdilər, ona görə də üçün işləmək asan idi”.

 

Şükürov forma kolleksiyası haqqında danışarkən, "Neftçi”nin heyətində Milan "İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını "gördüyünü” deyib.

 

Mahir "Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O, bu fikirlə razılaşmadığını bildirib: "Oynadığım hər yerdə, istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə yanlışdı, məncə. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidi. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə eləsək, bu gün millinin sağ cinahı çox zəifdi”.

 

Şükürov proqramın aparıcısının "Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb: "Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.

 

Azərbaycan futbolunun əsas problemlərindən biri, oyunçuların legioner həyatı yaşaya bilməməsi də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib: "Azərbaycanlıların mentaliteti bir az fərqlidi. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər”.

 

Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib.

 

- Bəlkə maddi məsələlər futbolçuların xaricdə qalmamasında əsas rol oynayır?

- 5-6 il bundan qabaq Azərbaycan futbolunda pul çox idi. 300-500 min alanlar var idi. Ona görə də deyirdilər ki, nə var kənarda, qalıb oynayıram da.

 

- Ən çox qazandığın klub hansı olub?

- "Anji”, "Qəbələ” və s. Mən hamısında yaxşı qazanırdım.

 

- Bundan sonra özünüzü harda görürsünüz?

- İstərdim ki, klubda menecer, seleksiyaçı və ya idman direktoru olmaq istərdim. Məşqçi işi çox çətindi. Amma fevralda kurslara başlamaq istəyirəm. B kateqoriyası alacam.

 

- Milliyə gələn oyunçuya avtomatik C kateqoriya verirlər. Bu düzdü?

- Məncə, bu, ədalətli deyil. Baxırsan ki, hansısa oyunçu yığmada 15-20 dəqiqə oynayıb, C kateqoriya alıb. Mən – Mahir Şükürov millidə 77 oyuna çıxmışam. Mən də C alım, başqası da. Elhad Nəziri, Daniel Axtyamova da veriblər bəlkə də bu kateqoriyanı.

 

- "Neftçi”yə sonuncu qayıdışına nə ehtiyac var idi?

- İnanırsız, hətta "Neftçi”dən ayrılandan sonra da Türkiyədən təklif var idi. Sadəcə, həmin vaxt oynayan-məşqçi olduğum üçün meydana ara-sıra çıxırdım. Komanda gənclərdən yığılmışdı. Mənim elə o cavanlarla məşq eləməyim də onlara bəs edirdi. Deyim ki, indi də gücüm var, yenə oynaya bilərəm. Belə də ki, "Neftçi”də mənə ehtiyac oldu ki, çağırdılar, gəldim.

 

- Bəlkə bunda "dedovşina” yaratmaq istəyinin rolu var?

- Dedovşina hər klubda var. Elə də olmalıdı. Heyəti cavanlaşdıranda gördüz, "Neftçi” nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb.

 

- Düzünü de, futbolçu vaxtı siqaret çəkmisən?

- Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. "Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol.

 

- Futbolçu vaxtı tez-tez konflikt yaşadığın Elnur Allahverdiyev uzaq düşüb xeyli vaxtdı, xəbərin var ondan?

- Əlaqəm yoxdu, amma adamın üstündə allah var, gərək düzünü deyəsən. Elnur Allahverdiyev də Azərbaycan futboluna çox xidmət edib. Onun kimi oyunçulara da iş vermək, qabağa çəkmək lazımdı. Ümumiyyətlə, Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin. Kimə ki, şans verirlər, o dəqiqə "qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz. Futboldan gedirsən, heç kimin vecinə olmursan, hansısa komandaya gələndə amma tökülüşürlər. Samir Ələkbərov məsələn, mən onun yerinə olsam, 3-4 oyunluq komandaya gəlməzdim. Sonra da belə söz-söhbətlər olmazdı.

 

- "Neftçi”nin uğurlarında Böyükağa Hacıyevin baş məşqçi olması amili nə qədər önəmli idi?

- Məşqçi kimi Böyükağa müəllim əziyyət çəksə də, onun əlinin altında da baxın, görün hansı futbolçular var idi? Məsələn, indi getsin Gəncəyə görək nəsə qazana biləcək? Amma onun da əziyyətini qətiyyən danmaq olmaz. Çempionluq yaşadıq, qrupa düşdük.

 

- Millidə ən çox Berti Foqtsun vaxtında oynamısan. Səncə o, milliyə nə verdi?

- Berti Foqtsun vaxtında da millinin yaxşı nəticələri olmuşdu. Mənə görə yığmada işlədiyim ən yaxşı məşqçi o olub. Foqts gələnə qədər şəraitsizlik idi, sonra vəziyyət düzəldi, biz də başladıq canla-başla məşq eləməyə. Qaldı ki, mükafat məsələsinə, onu Foqts yox, Federasiya Prezidenti təyin edirdi. Elə vaxt olub ki, hətta uduzduqdan sonra "premiya” vermək istəyirdilər ki, Berti qoymurdu.

 

- Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?

- Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi.

 

- Qurban Qurbanovun baş məşqçiliyi altında yığmadan nə gözləyirsən?

- İki məşqçi (Berti Foqts və Robert Prosineçki) burda işləyib getdikdən sonra deyib ki, bu komanda ilə heç yerə çıxmaq olmaz. Nə deyə bilərəm? Qurban müəllimə 6 il vaxt veriblər, ona görə də heç nə demək olmaz. Ümid edək ki, AÇ-2020-yə vəsiqə qazansınlar, biz də baxaq sevinək.

Xəbər 2468 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39871] initstartout [0.00020] initstartin [0.00083] calstart [0.01140] calend [0.00052] topnewsend [0.00454] rsssend [0.00000] ehgend [0.03691] tagsstart [0.00111] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34314]