Gəl güləşək – Azərbaycanlı şair Putinə meydan oxudu

  • 31 dek 2017, 14:59
Ən böyük arzum dünya birinciliyində Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Rusiya Prezidenti Vladimir Putinlətatami üzərində görüşməkdir.
 
Bu sözləri şair Akif Əhmədgil Bakıda usta cüdoçular arasında keçirilən Azərbaycan birinciliyində öz yaş kateqoriyasında (M-6) 60 kq. çəki dərəcəsində birinci yerə layiq görülməsi haqda danışarkən deyib. O, mükafata görə məşqçisi, yeddiqat dünya çempionu Fərhad Rəcəbliyəminnətdar olduğunu bildirib:
 
"Həmçinin 1978-ci ildə mənə bu idman növünün sirlərini öyrədən SSRİ idman ustası Mansur Əhmədovun da adını məmnunluqla xatırlayıram. 57 yaşım olmasına baxmayaraq, "Neftçi” idman klubunda cüdo seksiyasında məşqlərə davam edirəm”.
 
Akif Əhmədgil xatırladıb ki, o, hələ 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyarkən tələbələr arasında Moskva çempionatında 2-ci yerə layiq görülüb.
 
Qeyd edək ki, dekabrın 28-i Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən yarışlarda komanda olaraq "Neftçi” birinci, "Atilla” ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub. (Kult.az)
Oxşar xəbərlər