"Qarabağ" İtaliyaya gedib

  • 04 dek 2017, 08:35

Ağdamın "Qarabağ" klubunun üzvləri futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sonuncu tur qarşılaşmasının keçiriləcəyi Roma şəhərinə çatıb.

"Report"un Romaya ezam olunmuş əməkdaşının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə uçan təyyarə Bakı vaxtı ilə saat 21:15-də "Fiumicino" hava limanında eniş edib.

 

Bu gün dincələcək komanda sabah "Olimpiko" stadionunda məşqə çıxacaq. Oyun dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oxşar xəbərlər