Futbolçu 10 dəfə cinsi əlaqə olduğu qızı məhkəməyə verdi

  • 01 dek 2017, 12:22

"Milan" komandasının üzvü Hakan Çalhanoğlu "Hamiləyəm, 250 min avro istəyirəm” deyərək onu şantaj edən 21 yaşlı Latifi adlı xanımı məhkəməyə verib.

 

Publika.az
 xəbər verir ki, buna səbəb isə Anita Latifinin jurnalistlərin biriylə danışıb, türkiyəli futboçu Hakan Çalhanoğlunu şantaj etməsi olub. Belə ki, oyunçu ilə cinsi əlaqədə olan Latifi bir müddət sonra ona zəng edərək hamilə olduğunu bildirib. O, qeyd edib ki, Hakan uşağın abort olunmasını istəyirsə, ona 250 min avro pul verməlidir. Əks halda, hər şeyi mətbuata açıqlayacaq. Hədələrinə davam edən Latifi isə gözləmədiyi bir halla qarşılaşıb. Belə ki, Hakan Latifini məhkəməyə verib.

 

Məhkəmə prosesinin ilk iclası zamanı Hakan etiraf edib ki, həqiqətən də Anita Latifi ilə 10 dəfə cinsi əlaqədə olub. Bu əlaqələr onların flört dönəmində baş tutub. Ancaq H.Çalhanoğlu onu da etiraf edib ki, o, bütün cinsi əlaqələr zamanı qoruyucudan istifadə edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Anita heç vaxt hamilə qalmayıb. Ancaq bununla belə, məhkəmə prosesi başqa vaxta ertələnib.

Oxşar xəbərlər