Ronaldo 4-cü övladının adını açıqladı

  • 29 okt 2017, 08:55

Futbolçu Kriştiano Ronaldo bir ay sonra doğulacaq qızının adını açıqlayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, İnstaqramda canlı yayım edən Ronaldo hamilə sevgilisi Corcina Rodriqezlə birlikdə körpələrinə Alana Martina adını qoyacaqlarını deyiblər:

"Alana adını mən, Martinanı isə Corcina seçib. Qızımızın adı Alana Martina olacaq. Sizinlə bölüşmək istədik. Düşünürəm ki, gözəl addır”.

Qeyd edək ki, Ronaldonun üç övladı var. Böyük oğlu Ronaldo balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub.

 

Demokratik.Az

Oxşar xəbərlər