Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:48 - 22.10.2019  
“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşı
Tarix: 18-10-2017, 13:39 | Bölmə: Xəbərlər » İdman

"Qarabağ” bu gün ən çətin oyununa çıxacaq, qapımızı möhkəm qoruya bilməsək...

“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşıBu gün Çempionlar Liqasındakı  təmsilçimiz "Qarabağ” ilk dəfə olaraq İspaniya təmsilçisi ilə qarşılaşacaq. "Qarabağ” "Roma” ilə oyunda yaxşı təsir bağışladı, Dinonun son dəqiqədə  başla vurduğu top qapıya girsəydi bu gün  oyuna bilet tapmaq olmazdı. "Qarabağ” fəxrimizdi, yaxşı klubdur, amma hələ Çempionlar Liqasının havasına təzə öyrəşir, bu yaxşı praktikadır. Gələn il ÇL düşmək indikindən iki dəfə çətin olacaq, amma ümid edək ki, "Qarabağ” növbəti mövsümdə indikindən daha yaxşı oynayacaq.

"Atletiko” həm "Roma”dan, həm "Çelsi”dən çətin rəqibdir, daha doğrusu, məkrli klubdur. Bu klubun sürətli hücumları "Roma” ilə müqayisə oluna bilməz. Məncə "Qarabağ” bu gün ən çətin oyununa çıxacaq. Qapımızı möhkəm qoruya bilməsək, ağır məğlubiyyət də ola bilər. Bəs qələbə? Optimistlər bu yerdə deyir ki, "top yumrudur, ”vallahı-billahı" yoxdur". Realistlərdə isə "amma o topu qapıya da düzgün vurasan gərək” düşüncəsi hakimdir. "Atletiko” ilə görüş ərəfəsi optimist deyiləm, amma yaxşı oyun gözləyirəm. İlk qolumuzu ötən tur vurduq, bir xal qazanırıqsa bu turun sensasiyası  ola bilər. Yeri gəlmişkən, "Atletiko” son turda öz meydanında "Barselona” ilə heç-heçə edib. Hazırda 16 xalla dördüncü yerdə qərarlaşıb.  

Klubun baş məşqçisi Dieqo Simone yaxşı mənada futbol dəlisidir. Argentinalı qanı var axı onda...Hərdən ona baxanda adama elə gəlir ki, bu dəqiqə zalım oğlunun  ürəyi partlayacaq. Artıq 6 ildir "Atletiko”nun sükuna arxasında olan Simonesiz bu klubu təsəvvür etmək çətindir.

Çempionlar Liqası həm də məşqçilərin döyüşüdür, Qurban Qurbanov  bu davada hələ müşahidəçidir, yəni kimin gücü nəyə çatırsa o... Amma inşallah, Qurban qardaşımız da bu turnirdə iştirakdan böyük təcrübə toplayacaq. Qurbanın üstünlüyü budur: o təkcə öyrətməkdə deyil, öyrənməkdə də bacarıqlıdır.

"Atletiko” Bakıya 3 xal ardınca gəldiklərini gizlətmirlər. Əsas odur ki, "Qarabağ” bu 3 xalı onlara asan verməsin, "Roma” ilə görüşdəki kimi vuruşsun. Çoxmu şey istəyirik? Rəqib Çempionlar Liqasının finalında oynamış "Atletiko”dursa,  hə...              

Bugünkü  oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək. Fransızlar futbolda bizim heç vaxt dostumuz olmayıb, milinin qapısına 10 top vurandan bəri...Bu gün Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Fransalı hakim məsələsinin o səbəbdən qabardıram ki, bu gün meydanda Fransa millisinin əsas forvardı hesab olunan Antuan Qrizmannı da görəcəyik.  Bu gün məhz "Atletiko”nun heyətində onu fərqləndirərək, barəsində oxuculara geniş məlumat verəcəyik.   

***

Alman soyadlı, portuqal kökənli Antuan Qrizmann  1991-ci ilin 21 martında  Lionun 70 kilometrliyindəki Makon şəhərində futbolçu ailəsində anadan olub. Hələ uşaq yaşlarından atası onu "Lion” klubuna baxışa aparsa da, Antuanı zəif fiziki göstəriciləri və sısqa görünüşünə görə kurslara qəbul etməkdən imtina ediblər. Fransanın digər futbol akademiyaları da Antuana "perspektivsiz” deyərək qapını göstəriblər. Təbii ki, futbol qapısını yox... 

Atası naümid qalıb oğlunu özünün baş məşqçisi olduğu "Makon” klubuna yazdırır. "Makon” Fransanın ikinci həvəskarlar liqasında çıxış edirdi. Yalnız 13 yaşı olanda Qrizmann özünü geniş publikaya göstərmək şansı qazanır. 2005-ci ildə Qrizmann "Monpelye”nin heyətində "PSJ” klubunun gəncləri ilə yoldaşlıq görüşündə  İspaniyanın "Real Sosyedad” klubunun seleksiyaçılarının diqqətini çəkir. Antuanı İspaniyaya-"San-Sebestyan"a baxışa dəvət edirlər. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul edirlər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb...

Antuan klubda bütün yaş dövründə oynayır və yalnız 2009-cu ildə əsas komandaya dəvət alır. Klubdakı baş məşqçi Martin Lasartenin onun haqqında belə bir fikri var:  "Mavi gözləri onu mələyə oxşadır, amma o əsl əzrayıldır”.

Klubun sağ yarımmüdafiədə oyunçu axtarışında olması Antuanın işinə yarayır. 2009-cu ilin 2 sentyabrında ilk dəfə rəsmi görüşdə "Real Sosyedad” formasını geyinən Qrizmann ilk sezonda 39 oyunda 6 qol vurur. 2010-cu ilin aprelində "Real Sosyedad”la beşillik ilk professional müqaviləsini imzalayır.  

Növbəti mövsüm Antuan üçün daha da uğurlu olur. O, İspaniya çempionatında "Elçe”yə qarşı görüşdə ilk "het-trik”ini edir. Həmin mövsüm ümumilkdə 14 qol vuran futbolçu La-Liqa da yalnız Kriştiano Ronaldo  (22 qol ) və "Atletiko”nun hücumçusu Dieqo Kostadan (19) geri qalır.2014-cü ilin yayında Qrizmann "Real Sosyedad”la  müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 milyon avro qarşlılığında "Atletiko”ya transfer olunur.  O, "Kordoba” klubu ilə qarşılaşmada ilk dublunu edir.  Əvvəlki klubundan fərqli olaraq Qrizmann "Atletiko”da daha çox hücum mövqeyində oynayır.  Bir neçə tur sonra klubun yeni transferi "Atletik” Bilbao ilə görüşdə "het-trik” edir. "Levante” oyununda da Qrizmann dublu ilə yadda qalır. 2014/2015 sezonlarında Antuan demək olar ki, hər tur meydana çıxır və həmişə də fəqlənir.  Antuan həmin mövsüm 30 oyunda forma geyir və 18 topla klubun bomardiri olur. 2016-cı il mövsümündə Fransa Peşəkar Futbol Assosasiyası ölkədən kənarda oynayan ən yaxşı fransız futbolçu kimi Qrizmannı seçib.   

Dieqo Simone onun haqqında belə deyir: "Qrizmann çox istedadlı futbolçudur. O meydanda daima işləyir və eşitməyi bacarır. İstənilən işdə uğur qazanmaq üçün eşitmək qabiliyyəti əsasdır. Heç şübhə yoxdur ki, o dünyanın üç ən yaxşı futbolçusundan biridir”.

O, 2010-cu ilin fevralında Fransa millisinə dəvət alıb. 

“Qarabağ” “mavi gözlü əzrayıl”a qarşı

Fransanın bir çox idman mütəxəssisləri Antuanın oyun stilinin Devid Bekhem və David Silvaya oxşadığını  deyirlər. Qrizmann güclü texnikası, topla məharətlə davranışı ilə seçilir. Arıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir.  Onun çox sürətli qaçışı və enerjisi əks-hücuma meylli forvarda əlavə üstünlük deməkdir.  Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da "Avro-2016"da təsdiqləndi. O da ən çox qol vuran(5 top) futbolçular sırasında oldu.

Bu gün "Qarabağ” qapısını ən çox ondan qorumalıdır... 

Nazim SABİROĞLU

Xəbər 2302 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37519] initstartout [0.00022] initstartin [0.00094] calstart [0.01234] calend [0.00071] topnewsend [0.00722] rsssend [0.00000] ehgend [0.03951] tagsstart [0.00121] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31297]