Adil Əliyev "Tank"ı təltif edib - FOTO

  • 04 iyul 2017, 10:01

Türk Şurası Dövlətlərinin peşəkarlar arası ilk kikboksinq turniri başa çatıb. 

Bakıda keçirilən yarış Azərbaycan yığmasının qələbəsilə yekunlaşıb.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan idmançıların iştirak etdiyi turnirdə yarışlar 7 çəki dərəcəsi üzrə keçrilib.Yarışlar K1 versiyası üzrə olub.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev Türk dünyası adına belə bir idmanın Azərbaycanda keçirilməsinin qürurverici olduğunu qeyd edib.

"Türk dünyasının güvən yer olan Türk Şurasının təşkil etdiyi 4 ölkənin idman və gənclər nazirliklərinin imzaladığı memoranduma əsasən, ölkəmizdə möhtəşəm kikboksinq tədbiri keçriləcək. Məqsədimiz türk dünyası dövlət başçılarının görüşünə dəstək verməkdir"- deyə Adil Əliyev bildirib.

AKF prezidenti Adil Əliyev Azərbaycanın peşəkar kikboksçusu, yığmanın təçrübəli üzvü Xəyal Əhmədovu beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil etdiyi üçün Fəxri diplomla təltif edib.

"Tank" ləqəbli idmançımız Xəyal Əhmədov 2017-ci ilə qələbələrlə başlayaraq Avropanı fəth eləməkdədir. Keçirdiyi yarışlarda məğlubiyyəti özünə yaxın buraxmayan kikboksçumuz millinin liderlərindən sayılır.

"Demokratik.Az"

Oxşar xəbərlər