Azərbaycan İslamiadada 55-ci qızıl medalını qazanıb

  • 18 may 2017, 21:16

Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən boksçuların finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirib.

Boksçumuz həlledici görüşdə rəqibindən daha üstün döyüş nümayiş etdirərək qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Demokratik.Az

Oxşar xəbərlər