Rusiyalı hərbi ekspet Qarabağda müharibə anonsunu verdi

  • 25 fev 2017, 20:42
Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağda vəziyyətin kəskin dəyişməsini tamamilə məntiqəuyğun  hal adlandırıb. " Mən baş verənləri izləyirəm, təəssüflə qeyd edə bilərəm ki, müharibə qaçılmazdır”,- deyə o Haqqın. az saytına  bildirib.

Tərəfləri kim  qzışdırır? 

Hərbi ekspertin fikrinə görə, hazırda xarici qüvvələrin başı başqa məsələlərə qarışıb, hətta bu günlərdə   ABŞ və Rusiyanın   Baş Qərargah rəislərinin Bakıda keçirilmiş yüksək səviyyəli görüşü də,  Qarabağda vəziyyətin dəyişməsinə təsir edə bilməzdi.

 "Dünya ciddi- cəhdlə Qarabağ problemini unutmağa çalışır, nə qədər ki, müharibə başlamyıb, onun barəsində heç kim xatırlamayacaq. Hazırda tərəflər gərginliyin azaldılamasına dair razılığa gələ bilərlər, lakin bu müvəqqqəti xarakter daşıyacaq. Üstəlik atəşkəs rejiminə nəzarət edən  heç bir komissiya yoxdur. Tərəflər güzəştə getmirlər, onların hər birinin həbi əməlyyatlara başlamaq üçün səbəbləri var. Vəziyyət ürəkaçan deyil. İndi müharibə başlayacaqmı ya yox sualnı vermək düzgün deyil. Əslində sual belə qoyulmalıdır- Müharibə nə zaman başlayacaq?” ,- deyə ekspert bildirib.
 
Demokrarik.Az
Oxşar xəbərlər