Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:43 - 22.10.2019  
PUTİNLƏ TRAMPIN “BAL AYI” BİTDİ - paradoks
Tarix: 22-02-2017, 20:49 | Bölmə: Xəbərlər » Dünyada

Rusiyada təəccüblü hadisələr baş verir: Bu yaxınlara qədər bütün televiziya tok-şoularında, xəbərlər proqramlarında və Kremlin digər təbliğat yayınlarında adı tez-tez hallandırılan prezident Tramp haqqındakı verişilişlər qəflətən yoxa çıxıb.

PUTİNLƏ TRAMPIN “BAL AYI” BİTDİBunların nə üçün baş verməsini anlamaq çətin deyil. ABŞ-ın yüksək vəzifəli nümayəndələrinin rusiyalı məmurlarla əlaqələri nəticəsində yaranmış qalmaqaldan Tramp administrasiyası bir qədər kənarlaşmağa cəhd göstərir. Rəsmi Vaşinqton şikayətlə bildirib ki, Rusiya 1987-ci ildəki nüvə müqaviləsini pozub. Bundan başqa Ağ Ev Kremli müxtəlif ölkələrdəki seçkilərin gedişinə müdaxilədə günahlandırıb. Moskvaya qarşı rəğbətlə yanaşan ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri istefa vermək məcburiyyətində qalıb. Krım yarımadasının Rusiya tərəfindən işğalı ilə əlaqədar Trampın sözləri isə hissediləcək dərəcədə sərtləşib.

Rusiyalıların nöqteyi-nəzərinə görə, hər şey başqa cür cərəyan etməliydi. ABŞ kəşfiyyat agentləri hesab edirlər ki, Putindən əmr alan rusiyalı hakerlər Hilları Klinton üzərində qələbə çalmaq üçün Trampa köməklik göstəriblər. Ona görə də Rusiya hakimiyyəti əmin idi ki, bu biznesmen Rusiyaya qarşı daha dostcasına yanaşacaq.

Əgər bu həqiqətdirsə, onda ruslar nə əldə ediblər? ABŞ müdafiə nazırı Cim Mettis deyib ki, Vaşinqton Moskva ilə "güc mövqeyi”ndən çıxış edərək danışıqlar aparacaq. Moskva bundan bərk inciyib. Sanki Obama administrasiyası heç yerə getməyib.

Nüfuzlu Rusiya jurnalisti və dövlət kanalında proqram aparan Vladimir Pozner deyib: "Bu, çox adam üçün məyusluq gətirib. Sonra məyusluğun yerinə qəzəb gəlir. Nəyə görə Tramp bizə yalan danışıb? Nəyə görə o bizi vəziyyətin yaxşılaşa biləcəyini düşünməyə məcbur edib?”

Trampın seçilməsi Moskvada əsl eyforiya yaratdı. Bu müəyyən qədər Putinin düşməni Klintonun məğlubiyyətinin gətirdiyi sevinclə izah olunur. Lakin bu, həmçinin Tramp administrasiyasının vədlərindən də irəli gəlirdi. Moskva Amerika prezidenti ilə sövdələşmə bağlamaqla regiondakı güclərini cəmləyib böyük dövlət statusunu geri qaytarmaq imkanı qazanacağını düşünüb.

Vaşinqtonda baş qaldıran qalmaqalın fonunda Trampın Rusiya haqqındakı sözlərinin tonu xeyli dəyişilib. Belə ki, onun seçki kampaniyası zamanı söylədiyi sözlər daha yumşaq idi. Avqust ayında Tramp "ABC” televiziya kanalına verdiyi müsahibəsində bəyan etmişdi ki, Krımın Rusiya tərəfindən ilhaqını gözdən keçirəcək. O, bu barədə demişdi: "Mənim eşitdiyimə görə, Krımın əhalisi, əvvəl olduqları ölkəni yox, Rusiyanın bir parçası olmağı seçiblər”.

Tramp "twitter”də yazıb: ”Rusiya Obama administrasiyası dövründə Krımı ələ keçirib. Məgər Obama Rusiyaya qarşı münasibətdə hədsiz yumşaq mövqe tutmayıb?”

Doğrudanmı Rusiya və Tramp arasındakı "bal ayının” sonu gəlib?

Kreml özünü elə aparır ki, sanki belə bir "bal ayı” heç olmayıb. Sıravi deputatlardan fərqli olaraq, Putin adminisrasiyasının yüksək vəzifəli nümayəndələri ifadələrində daha təmkinlidirlər. Rusiyaya qarşı öz mövqeyini sərtləşdirdiyinə görə, Trampı tənqid etmək əvəzinə, Moskva sadəcə olaraq qərara alıb ki, onun barəsində müəyyən vaxta qədər heç nə söylənilməsin. Trampın Krım barəsindəki bəyanatları siyasi oponentlərin ona göstərilən təzyiqinin nəticəsi kimi dəyərləndirilir.

Hələ seçkilərə qədər Putin və onun tərəfdarları deyirdilər ki, Vaşinqton isteblişmenti Trampın Moskva ilə daha sıx əlaqələr qurmasına mane törətməyə çalışır. Onlar iddia edirlər ki, indi məhz elə bu da baş verir.

"Ali İqtisad Məktəbi”nin professoru Dmitri Suslov deyir: ”Hamı Tramp administrasiyasını müşayiət edən qalmaqallardan və ona qarşı Konqresdə, KİV-lərdə, siyasi isteblişmentdə aparılan iri miqyaslı müharibədən məyus olub. Hal-hazırda bu təzyiqlər administrasiyanın fəaliyyət dairəsini məhdudlaşdırır”.

Lakin onun sözlərinə görə, hətta əgər Tramp administrasiyası Rusiyaya qarşı düşmən mövqeyi tutsa da, Moskvanın vəziyyəti Klintonun qələbə qazanacağı ilə müqayisədə heç də pis olmayacaq.

Trampın qələbəsinin səhərisi günü Rusiya Dövlət Dumasının deputatları onun şərəfinə şampan şərabı içirdilər. İndi bu eyforiya gedib. Putinin yaxın köməkçisi olmuş və hazırda parlamentin spikeri vəzifəsini tutan Vyaçeslav Valodin şikayətlənib ki, Tramp Rusiya ilə bağlı seçki vədlərini yerinə yetirmir.

Rusiya televiziyasının xəbər proqramları Trampın milli məsələlər üzrə müşaviri Maykl Flinn və Rusiya səfiri Sergey Kislyak arasındakı telefon danışığı ətrafında yaranmış qalmaqallara xüsusi maraq göstərməyiblər. Həmin danışıq zamanı guya ki, Amerikanın Rusiyaya qarşı sanksiyası müzakirə edilibmiş.

Trampın Rusiya televiziya xəbərlərindən qəflətən yoxa şıxması çox ehtimal ki, təsadüf deyil. Belə ki, 15 fevral tarixində telejurnalist Konstantin Eqqert məlumat verib ki, dövlət media agentliyində işləyən onun həmkarı rəhbərlikdən belə bir direktiv alıb: ”Tramp haqqında heç nə verilməsin”. Daha sonra "Bloomberg News” hansısa mənbəyə istinadən bildirib ki, Kreml dövlət informasiya agentliklərinə əmr verib ki, Tramp haqqındakı tərifli reportajları azaltsınlar.

Eqqert deyib: "ABŞ-ın Rusiya ilə yaxınlaşmasının qaçılmaz olması ideyası əsasındakı gözləntilərin artması Kreml üçün ağıllı mövqe deyil, çünki bu gözləntiləri reallığa çevirmək mümkün deyil. Ona görə də Kremlin təbliğat maşını Vaşinqtondakı vəziyyət aydınlaşana qədər, ABŞ və Tramp haqqındakı xəbərləri azaldacaq. Mən düşünürəm ki, Putin artıq çoxdandır ki, vəziyyətin tezliklə dəyişməyəcəyi və ya ümumiyyətlə heç vaxt dəyişilməyəcəyi ilə barışmağa hazırdır”.

Kreml KİV-lərə nəyin və necə işqlandırlımasını diktə etdiyini danır. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bunu növbəti "yalan xəbər” adlandırıb.

16 fevralda keçirilən mətbuat konfransının gedişində Tramp açıq deyib ki, onun köməkçilərinin Rusiya ilə əlaqəsi ətrafındakı isterikalar bu ölkə ilə münasibətlərə təsir göstərib.

Dövlət Dumasındakı bəzi deputatlardan fərqli olaraq, Kreml güman ki, Tramp administrasiyasının birinci iş həftəsində ölkələr arasındakı əlaqələrin kəskin dəyişəcəyini gözləməyib. Amma bu o demək deyil ki, ümumiyyətlə Kreml heç nə gözləməyib.

Pozner deyib: ”Yəqin ki, qərar verənlər Trampın seçilməsinə daha az ümid bəsləməyə meyilli olublar, amma hər halda ona ümid bəslənilib. İndi bu ümidlər dağılıb”.

("The Washington Post”-ABŞ)

Xəbər 2204 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39535] initstartout [0.00022] initstartin [0.00108] calstart [0.01318] calend [0.00085] topnewsend [0.00716] rsssend [0.00000] ehgend [0.00972] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36212]