Kremldən Trampa cavab: "Moskva Krımı heç kimə qaytarmır"

  • 15 fev 2017, 20:03

"Moskva öz ərazilərini heç kimə qaytarmır".

Bu açıqlama özünü çox gecikdirmədi. Trampın dünənki bəyanatına cavab olaraq, jurnalistlərə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə söyləyib.

"Biz öz ərazilərimizi heç kimə vermirik. Krım Rusiya Federasiyasının ərazisidir,...”.

Xatırladaq ki, dünən Ağ Ev ABŞ Prezidenti Donald Trampın Krımın Ukraynaya qaytarılmasını istədiyini açıqlayıb. Bunun ardınca Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov Krımın Rusiya ilə ABŞ arasında sövdələşmə predmeti olmadığını bildirmişdi.

Əlavə olaraq bildirək ki, Krım Ukrayna ərazisidir. Yarımada 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunub.

"Demokratik.Az"

Oxşar xəbərlər