İŞİD Şərqi Mosulun içməli su anbarını partladıb

  • 08 fev 2017, 08:10
İŞİD terror qruplaşmasının silahlıları hazırda nəzarətlərində olmayan Şərqi Mosulun əsas su anbarını partladıblar. 

APA-nın "TASS”-a istinadən verdiyi xəbərə görə,  partlayış nəticəsində Dəclə çayının sol sahilində yerləşən su anbarı tam uçub, şəhərin şərq hissəsindəki evlərin əksəriyyətinə içməli suyun verilişi dayanıb.  Partlayış nəticəsində yaxınlıqdakı bir neçə evə ciddi ziyan dəyib. Diversiya nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur.
 
Qeyd edək ki, İŞİD-in İraqdakı "paytaxtı” – Mosul şəhərinin azad edilməsi üzrə əməliyyat sentyabrın 17-dən davam etdirilir.  
 
Yanvarın 24-də İraq ordusu Şərqi Mosulu terrorçulardan tam azad edib.
 
Demokratik.Az
Oxşar xəbərlər