Tramp məhkəməyə qarşı

  • 04 fev 2017, 20:18

Xəbər verdiyimiz kimi, Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.

Tramp Tvitter mikrobloqunda məhkəmənin qərarını şərh edərək bunun çox gülünc olduğunu bildirib.

"Ölkəmizdə məhkəmə tərəfindən qanunun aliliyinin belə qərarla pozulması həqiqətən də gülüncdür və bu, ləğv olunacaq”, - deyə ABŞ-ın 45-ci rəhbəri söyləyib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub.

Demokratik.Az

Oxşar xəbərlər