Lavrova tutarlı sual verən azərbaycanlı jurnalist işdən çıxarıldı

  • 21 yan 2017, 19:44
Lider TV-nin Rusiyadak müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir. Bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, 4 gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və  "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.

Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalist xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi ilə iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını "təxribatçı sual" kimi dəyərləndirir.
 
Demokratik.Az
Oxşar xəbərlər