ABŞ-ı etirazlar bürüdü - 224 nəfər həbs edildi (Video)

  • 21 yan 2017, 10:04

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə yeni seçilən prezident Donald Trampa etiraz edənlər arasında toqquşmalar baş verib.


 

Demokratik.Az
-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, etirazçılar asayiş keşikçilərinə dəmir parçaları və şüşə qablar atıblar. Polis nümayişçilərin dağılması üçün gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib. 

Qeyd olunub ki, iğtişaşlar nəticəsində Vaşinqtonda 217, Nyu-Yorkda isə 7 nəfər nəfər saxlanılıb. Saxlanılanlar arasında Nyu-Yorkun Məclis Üzvü Jumane Villiams və onun anası da var.

Yerli polis rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Piter Nyusem isə bildirib ki, qarşıdurmalar zamanı 6 polis işçisi yüngül xəsarət alıb.

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

 

Oxşar xəbərlər