Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:11 - 19.11.2019  
Gəncənin Türkiyədəki qardaşı - Fotolar
Tarix: 8-10-2014, 20:33 | Bölmə: Xəbərlər » Dünyada


Əskişəhərə səyahət

Əskişəhərin Dəmiryolu vağzalına çatan kimi stansiyanın divarlarına vurulan böyük şəkillər şəhərin bütün tarixi haqqında bilgi verir. Şəkillərin altında yer alan yazılar mənə çoxdan görməyi arzuladığım qədim şəhər haqqında bələdçilik edir. Vağzalın çöl tərəfində qoyulan köhnə qatar vaqonu isə bu bölgədə dəmiryolunun nə qədər qədim bir tarixə malik olmasından xəbər verir. Əskişəhərə ayaq basanlar mütləq bu qatarın qarşısında xatirə şəkilləri çəkdirirlər. Türkiyənin əksər bölgələrindən fərqli olaraq sürətli qatarın istifadəyə verildiyi üç bölgə arasında adının yer alması da məhz bu qədimliklə bağlıdır.
Tarixdəki köhnə adı Dorliondur Əskişəhərin. Səlcuq və Osmanlı dövründə də əhəmiyyətli bir qovşaq nöqtəsi olub.
Əskişəhər bu gün də sənayesi, təhsil səviyyəsi, iqtisadi durumu, arxitektura və tarixi əhəmiyyəti ilə çox fərqlərə və zənginliklərə sahibdir. Türkiyə lokomotiv və mühərrik sənayesi məhz bu şəhərdə inkişaf edib. Ankara, İstanbul, Bursa, İzmir kimi böyük bölgələrin Əskişəhərə yaxın olması, dəmiryolu şəbəkəsinin bu şəhərdən keçərək Qərb və Şərqin birləşməsində bir qovşağa çevrilməsi şəhərin coğrafi və iqtisadi quruluşuna ayrı bir rəng qatır. Əskişəhər mədən sənayesi ilə də tanınır. Mədən yataqlarında minlərlə insanlar çalışır. Türkiyədəki, hətta dünyadakı Bor ehtiyatının əhəmiyyətli bir hissəsi Əskişəhərdə çıxarılır. Dünya markası sayılan bir çox fabriklər məhz bu şəhərdə yer alıb. Ona görə bölgədə əhalinin işsizlik problemi yoxdur. Bu üzdən bura iş dalıyca gələnlər də saysız-hesabsızdır.

Osmanlılara yaxınlıq

Keçmişdən kiçik bir yer olan Əskişəhərin zamanla, əhalisi çoxaldıqca ərazisi də böyüyüb. Osmanlıların ən çox yerləşdikləri yer olub Əskişəhər. Şəhərdən 40 km aralıda Osmanlı dövlətinin qurucusu Osman Qazinin türbəsi yerləşir. Əskişəhərdə əski cəmiyyətlər də az deyil. Krım tatarları, Balkan yarımadasından mühacirət edənlər və b. burada yurd salıb və öz mədəniyyətlərini, mətbəxlərini və adətlərini əski mədəniyyətə qatıblar. Xarici ölkələrdən gələnlərin hesabına Əskişəhərin əhalisi daha da artıb. Deyilənə görə, təkcə Türkiyənin 81 vilayətindən gələn insanlar bu şəhərdə yaşayır, çalışır, təhsil alır... Bununla belə buradakı dolanışıqla barışmayıb firavan həyat dalıyca Avropa ölkələrinə, xüsusən də Almaniyaya üz tutanlar az deyil. Hərçənd türklər deyirlər ki, həmvətənləri ölkədən kənarda o qədər də xoşbəxt yaşamırlar. Onların fikrincə, yaşamaq üçün ən yaxşı ölkə elə Türkiyədir.
Əskişəhərdə dünyanın hər yerindən tələbələr təhsil alır. Anadolu Universiteti dünyanın çagdaş, dinamik və yenilikçi meqa universitetləri arasında yer alıb. Dünya standartlarında iki ayrı kampusa sahib olan təhsil ocağının 16 fakültə, 8 institut, 4 məktəbində 32 min tələbə oxuyur. Bu ali məktəbin həmçinin hər kəsin iştirak edə biləcəyi açıq kursları 1 milyon 300 min tələbəsi ilə dünyanın 2-ci meqa təhsil qurumudur.
Osmanqazi Universiteti isə 1993-cü ildə Anadolu Universitetindən qopub. Bu təhsil ocağında dünyanın hər yerindən 24 min tələbə oxuyur. Həm müəllim heyəti, həm də tələbələr arasında azərbaycanlılar da var. Təsadüfən günorta yeməyi yediyim restoranda Bakıdan olduğumu bilincə özünü tanış verən Murad adlı azərbaycanlı tələbə Osmanqazi Universitetində təhsil aldığını söylədi. Oxuduğu ali məktəbdə təhsilin yüksək keyfiyyətindən danışan Murad ali məktəbi bitirəndən sonra bu bölgədə çalışmaq istədiyini də gizlətmədi. Dedi ki, ixtisasına uyğun - mədən mühəndisliyi üçün bu bölgədə daha asanlıqla iş tapa biləcək.

Mədəniyyət ünvanı

Əskişəhər 2013-cü ildə Türk dünyasının mədəniyyət mərkəzi hesab edilib. Şəhərdə tarixi binalar, restavrasiya edilən və bərpa yolu gözləyən qədim tikililərin sayı-hesabı yoxdur.
Odunbazarı Dünyanın Maddi Mədəni İrs siyahısında yer alıb. Qəmbər daşı döşənən yollar, qırmızı kirəmidli, pəncərələrindən güllər asılan xudmani evlər- tarixiliyin, qədimliyin və mədəniyyətin çuğlaşdığı əski tikililər bu məkanı turistlərin sevimli yerinə çevirib. Bizim İçərişəhəri xatırladan dar küçələrində əl işlərindən ibarət müxtəlif suvenirlər satılır. Hədiyyə dükanlarında da şəhərin tarixini özündə əks etdirən əşyalarla rastlaşırsan. Alıcısı olmasan belə, onları seyr etmək maraqlıdır. Suvenirlərin əksəriyyəti lülədaşından hazırlanır. Bu daşın tapıldığı mədən dünyada məşhurdur. İlk dəfə Türkiyədə çıxarılan bu daş Əskişəhərdə bir neçə kəndin adı ilə bağlıdır. Suvenir dükanında söhbətlədiyim Kamal adlı satıcı dedi ki, daşlardan hədiyyələr düzəldirlər. Xüsusən bu daşdan hazırlanan siqaret müştüyü o qədər məşhurdur ki, adına muzey də açılıb. Pipo muzeyində 300 illik tarixi olan qədim sənət növünü sərgiləyən müştüklər nümayiş etdirilir.
Şəhərin maraqlı ünvanlarından biri Balmumlu Heykəllər Muzeyidir. Londondakı "Madam Tüsso” muzeyindəki kimi burada da məşhur siyasi xadimlərin, prezidentlərin, kino, musiqi, idman ulduzlarının heykəlləri sərgilənir. Muzeydə ümumilikdə 300 mum heykəl yer alıb. Türkiyə tarixində iz qoyan dünyaca məşhur sultanların heykəlləri maraq doğurur. Qanuni Sultan Süleymanın, Hürrəm sultanın heykəlləri önündə çəkil çəkdimək üçün ən azı 30-35 dəqiqə növbə gözləməlisən. Cümhuriyyət dövrü, Qurtuluş savaşı, o cümlədən bəzi dünya dövlətlərinin liderlərinin heykəlləri də var. "Madam Tüsso”dan fərqli olaraq bu muzeydə prezidentlərlə çəkil çəkdirməyə icazə verilmir. Azərbaycanla bağlı hər hansı bir heykələ isə muzeydə rast gəlinmir. Muzeyin işçiləri Azərbaycanı çox sevdiklərini söyləsələr də, ölkələrdən gələn sifarişlə istədiklərini də bildirdilər. Dediklərinə görə, hər fiqurun üzərində üç ay vaxt sərf edilir. Fiqurların hazırlanmasında peşəkar heykəltaraş Yingör Azim Tuna çalışır.
Muzeyi ziyarət edənlər Yunis Əmrənin heykəli qarşısında daha çox dayanlrlar. Sufizmi hamıya sevdirən haqq aşığının Mövlanə Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olduğunu bildklərindən əllərini qaldırıb dua edənlərə də rast gəldim.
Şəhərdə qədim camilər çoxdir. Odun bazarının ərazisində yerləşən Kurşunlu cami 1525-ci ildə tikilib və indi də istifadədədir. Məsçidin həyətində söhbətləşdiyim Fərhad Dinc adlı yerli sakin hər gün namaz qılmaq üçün məhz bu camiyə gəldiyini söylədi. Həmsöhbətim 25 il xarici ölkələrdə yaşayıb. İnşaat işləri üzrə çalışıb. Hollandiya, Rusiya, Almaniyada işləyib. Amma bir gün vətəninə dönməyin lazımlılığını hiss edib: "Dünyanın hansı ölkəsini gəzsəm də Türkiyə kimi ölkə görmədim. Dünyada gözəl ölkələr çoxdur, amma Türkiyə kimi ölkə yoxdur. Dünyanın bütün gözəllikləri bu ölkədə var. Başqa ölkələri gəzmək də, çalışmaq da olar. Amma qocalanda gərək öz vətəninə dönəsən”- dedi. Hazırda təqaüddə olduğunu bildirən Fərhad kişi bildirdi ki, xarici ölkələrdə işləyib təqaüdə çıxanlar daha çox təqaüd alırlar. Şəhər sakini insanların keçmiş adət-ənənələrdən bir qədər uzaqlaşmasından da gileyləndi: "İndi insanlar daha aydın yol seçirlər. Məsələn, bu bölgədə əvvəllər heyvandarlıq çox inkişaf edib. İndi isə insanlar əvvəlki həvəsi göstərmirlər. Bir çox məhsullar xaricdən gəlir. Ona görə də bu bölgədə istehsal edilən kənd təsərrüfatı məhsulları əvvəlki kimi çeşidli deyil. Amma insanlar əvvəlki illərdəki kimi çalışsalar hər məhsulu özümüz istehsal edə bilərik”. Fərhad kişinin bildirdiyinə görə, sənaye şəhəri olduğundan hər yerdən Əşkişəhərə insanlar axışır. 200 min türk lirəsinə sahib olanlar ortabab bir mənzil ala bilirlər. Gerçəkdə evlərin qiyməti 150min türk lirəsindən 1 milyon yarım lirəyə qədər dəyişir. Ərzaq və geyimlərin qiymətləri isə Türkiyənin başqa bölgələrinə nisbətən burada nisbətən bahadır.

"Şair Füzuli caddesi”

Şəhər nəqliyyatında tramvay əskişəhərlilərin sevimli nəqliyyat növüdür. Çoxdan yadırğadığımız tramvayın polad relslər üzərindən eşidilən səsi adamda nostalji hisslər yaradır. Mərkəzi gəzdikcə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan küçə də diqqətimi çəkir. Şəhərin mərkəzini iki hissəyə bölən Porsuq çayının yaxınlığında yerləşən küçə ən məşhur alış-veriş yeri sayılan Çarşının girişindədir. "Şair Füzuli caddesi” kimi mərkəzdə yer alıb.
Əskişəhərdə Azərbaycanı yaxşı tanıyır, bizləri də çox sevirlər. Kimlə danışırsan "bir kərə oldum orda” deyir. Əskişəhər Gəncə şəhəri ilə qardaşlaşıb. Şəhərlər arasında münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlıq görüşlərinin başlanması məqsədi ilə protokol da imzalanıb. Bu baxımdan, Əskişəhəri ölkəmizə bağlayan bu körpü də var.

Təranə Məhərrəmova
Xəbər 2534 dəfə oxunub






Oxşar xəbərlər

"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32115] initstartout [0.00020] initstartin [0.00091] calstart [0.01240] calend [0.00075] topnewsend [0.00508] rsssend [0.00000] ehgend [0.05012] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25095]