“ABŞ-ın yeni sanksiyaları iqtisadiyyatı çökdürəcək”

  • 11 yan 2017, 19:34
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları təkcə Rusiya-Amerika münasibətlərinə zərər vurmayacaq, həm də qlobal iqtisadiyyata təsir edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, qlobal enerji bazarının bu sanksiyalardan çox şey itirəcəyini bildirib.

Peskov, həmçinin, Rusiya enerji sektorunun öz zərərlərini kompensasiya etmək üçün yol tapacağını da söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Vaşinqtonun Rusiyanın enerji şirkətlərinə sanksiya tətbiq etmək istədiyi haqqında məlumat yayıb.
Oxşar xəbərlər