ABŞ hərbi gəmisi İran gəmilərinə atəş açıb

  • 09 yan 2017, 20:31
ABŞ hərbi gəmisi İran donanmasına məxsus 4 hərbi gəmiyə xəbərdarlıq atəşi açıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Reuters” agentliyi ABŞ hərbçilərinə istinadən məlumat yayıb.   
 
Hörmüz boğazında baş verən insidentə səbəb İrana məxsus katerlərin yüksək sürətlə ABŞ hərbi gəmisinə yaxınlaşması  olub. 
 
Məlumatda  bildirilir ki, ABŞ gəmisi "USS Mahan” əvvəlcə İran gəmiləri ilə rabitə əlaqəsi yaradaraq onlara xəbərdarlıq edib. Sonra ABŞ-a məxsus hərbi herlikopter İran gəmilərinə tərəf duman işarəsi atıb. Lakin bu xəbərdarlıqlar nəticəsiz qalıb. İranlılar 800 metr məsafəyə qədər yaxınlaşdıqda ABŞ gəmisi onlara tərəf 3 xəbərdarlıq atəşi açıb. 
 
Qeyd edək ki, analoji insident keçən ilin avqustunda da baş verib.
 
Demokratik.Az
Oxşar xəbərlər