"Kreml Obamaya soyuqqanlı yanaşdı" - Qraziani

  • 03 yan 2017, 12:51
ABŞ prezidenti Barak Obamanın rus diplomatları deportasiya etməsi provokativ həmlədir.

Axar.az xəbər verir ki, bu sözləri İtaliya Geosiyasi və Tətbiqi Elmlər İnstitutunun direktoru Tiberio Qraziani "RİA Novosti”yə açıqlamasında deyib.

Ekspert həmçinin Obamanın sanksiya qərarını olduqca qəribə addım kimi dəyərləndirib:

"Moskva Obamanın təxribatına olduqca soyuqqanlı yanaşdı. Kreml son günlər baş verən proseslərdən ən az zərərlə çıxmağı bacarmalıdır”.

Qraziani onu da əlavə edib ki, Trampın Rusiya ilə bağlı vədləri xüsusi önəm daşıyır.

Qeyd edək ki, bir neçə gün əvvəl Obama rus diplomatların ABŞ-dan deportasiya edilməsi barədə qərar vermişdi.
 
Demokratik.Az
Oxşar xəbərlər