ABŞ-dan çıxarılan rus diplomatları gətirən təyyarə Moskvaya endi

  • 02 yan 2017, 12:36

Barak Obamanın imzaladığı fərmana əsasən, dünən axşam saatlarında ABŞ-dan qovulmuş rusiyalı diplomatları daşıyan xüsusi təyyarə Bakı vaxtı ilə saat 3:08-də Moskvada yerə enib. TASS agentliyi xəbər verir ki, təyin olunmuş vaxta qədər Yeni il bayramlarındakı ajiotaj üzündən təyyarə bileti tapmamış diplomatları ABŞ-dan çıxarmaq üçün Moskvadan təyyarə göndərilmişdi. Xatırladaq ki, rusiyalı hakerlərin ABŞ prezidentinin seçkilərinə müdaxiləsini bəhanə gətirərək, Barak Obama 35 Rusiya diplomatının ölkədən qovulması barədə fərman imzalamışdı. Buna qarşılıq olaraq, Rusiya prezidenti Vladimir Putin Moskvadakı amerikalı diplomatların uşaqlarını Kremlə Yeni il şənliyinə dəvət edib.

virtualaz.org
Oxşar xəbərlər