Binəli Yıldırım: “Qərb bu zülmü kənardan seyr etdi...”

  • 01 yan 2017, 09:32
Həm Suriya, həm də Türkiyədə insanların canına qıyan terrorçuların hamısını məhv edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Kilisdə suriyalı qaçqınlar qarşısında çıxışında deyib:

"Bizim üçün Konya nədirsə, Diyarbəkir nədirsə, Şanlıurfa nədirsə, Hələb də odur. Hamımız eyni mədəniyyətin insanlarıyıq, şəhərlərimiz bizim kimi bir-birinə qardaşdır.

Türkiyə Hələbdə 46 min qardaşımızı qurtarmaq üçün, atəşin içindən çıxarmaq üçün cəhdlər edərkən, Qərb ölkələri, dünyanın mədəniyyətini qoruduğunu söyləyən ölkələr bunu kənardan seyr etdi.

Həm Suriya, həm də Türkiyədə insanların canına qıyan terrorçuların hamısını məhv edəcəyik. Sizə bu zülmü yaşadanların hesabını alacaq ölkə Türkiyədir”.
 
Demokratik.Az
Oxşar xəbərlər