Yeni prezident Moldovada AB bayrağını endirdi

  • 26 dek 2016, 21:15
Moldovanın yeni prezidenti İqor Dodonun iqamətgahından Avropa Birliyinin bayrağı yığışdırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Komsolmolskaya Pravda” qəzetinin Moldova bölməsi yayıb. Bayrağın məhz prezidentin əmri ilə yığışdırıldığı və ya buna hansısa başqa səbəbin şərait yaratdığı haqqında heç bir məlumat verilməyib.

Qeyd edək ki, Dodon rusiyayönlü prezidentdir. O, Moldovanın AB-yə inteqrasiyasını dayandırmaq istəyir. Dodon həmçinin Kişinyovun gələcəyinin Rusiya ilə bağlı və ölkəsinin Avrasiya İttifaqına girməli olduğunu düşünür.
Oxşar xəbərlər