Almaniya BMT TŞ-nin İsrailə qarşı qəbul etdiyi qətnaməni dəstəkləyib

  • 24 dek 2016, 09:41
BMT Təhlükəsizlik Şurasının cümə günü qəbul etdiyi və İsraildən Fələstin torpaqlarında yəhudi məskənləri salmaq fəaliyyətinin dayandırılmasını tələb edən qətnamə Almaniya hökumətinin mövqeyi ilə üst-üstə düşür.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin ölkə XİN-i tərəfindən yayılan bəyanatında bildirilir.

"BMT Təhlükəsizlik Şurası bu gün Almaniyanın çoxdan sərgilədiyi mövqeni bir daha təsdiqlədi: işğal olunmuş torpaqlarda yəhudi qəsəbələri salmaq sülh prosesinin davam etdirilməsi imkanlarını əngəlləyir və problemin iki dövlətin yaradılması əsasında həllini təhlükə altına qoyur", - deyə nazirin bəyanatında bildirilir.
 
Demokratik.Az
Oxşar xəbərlər