Rusiyanın Türkiyədəki səfirini güllələdilər

  • 19 dek 2016, 21:14

Türkiyədə şokedici olay baş verib. Rusiyanın Ankaradakı səfirliyində səfir Andrey Karlova silahlı sui-qəsd təşkil edilib. "Milliyyət"in yazdığına görə, insident rusiyalı diplomatın da iştirak etdiyi fotosərginin açılışı zamanı baş verib. Naməlum şəxs salona daxil olub, Karlovun çıxışı zaman silahını səfirə tuşlayaraq "Hələbin hesabı sorulacaq"-deyərək dalbadal atəş açıb. Nəticədə diplomat ağır yaralanıb, xəstəxanaya yerləşdirilib. Hətta səfirin ölüm xəbəri də yayılıb. Hadisədən dərhal sonra Türkiyə DİN naziri Süleyman Soylunun hadisə yerinə gəldiyi bildirilir. Silahlı saldırıda əlavə 3 nəfəri də yaralayan sui-qəsdçi zərərsizləşdirilib. Faktla bağlı incələmələr aparılır.

 

 

 


Oxşar xəbərlər