Kayseridəki partlayışla bağlı 15 nəfər tutuldu

  • 18 dek 2016, 09:28

Türkiyənin Kayseri şəhərində ötən gün törədilən partlayışla əlaqədar saxlanılan  şəxslərin sayı 15-ə çatıb. APA-nın xəbərinə  görə, bu barədə "Milliyet” yerli prokurorluğa istinadən məlumat yayıb.  

 

Bundan əvvəl 7 nəfərin saxlanıldığı, daha 5 nəfərin axtarıldığı bildirilmişdi. 

 

Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.  Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.

 

Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.  

 

Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

Demokratik.Az

Oxşar xəbərlər