Nazarbayev Rusiya imperiyasının talançılığından danışdı

  • 08 dek 2016, 08:08

Qazaxıstan Rusiyanın müstəmləkəsi olanda ölkənin bütün sərvəti çar administrasiyası tərəfindən talan olunurdu.

 

Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Qızıl Keyfiyyət” ödülü laureatlarının mükafatlandırılması zamanı söyləyib. Qazax lider Rusiya İmperiyasının ölkə əhalisini heç nə ilə təchiz etmədiyini bildirib:

"O dövrdə bizim ölkənin daxilində yollar belə yox idi. İndi görürsünüzmü biz necə dəmiryolları yaratmışıq? Əvvəllər isə bu, yox idi, çünki müstəmləkə idik. Qazaxıstanda böyük xalq yaşayır və biz hamımız onların nümayəndələriyik”.

Demokratik.Az

Oxşar xəbərlər