Rusiya neft hasilatını dondurur

  • 21 noy 2016, 15:52
"Biz neft hasilatını bugünkü səviyyədə dondurmağa hazırıq". 

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Limada (Peru) Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq sammitində bəyan edib: "Belə olarsa, bizim energetika sektoru heç bir zərər görməyəcək. Energetika nazirimiz ölkənin iri neft şirkətləri ilə daimi təmasdadır və onlar bu işə hazır olduqlarını vurğulayıb".

Noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammiti barədə fikir səsləndirən Rusiya prezidenti qeyd edib ki, Kartel hasialtın dondurulmasına nail ola bilər: "Amma 100% buna əminliyimi bildirə bilmərəm. OPEC daxilində olan ziddiyyətlər əsasən aradan qaldırılıb. Biz də öz tərəfimizdən tərəfdaşlarımızın bizdən gözlədiyini etməyə hazırıq. Neft hasilatını dondurmaq bizim üçün problem təşkil etmir".

V.Putinin bu açıqlaması neft qiymətlərinin artmasına səbəb olub. "Brent" markalı neft 1,26% artımla 47,45 dollar/barelə yüksəlib. "Report"un analitik qrupu hesab edir ki, Putinin açıqlamaları əslində Vyana sammitinin uğursuz nəticələnəcəyindən xəbər verir. Belə ki, oktyabrda Rusiyanın neft hasilatı 11,2 mln. barel/günə yaxınlaşaraq post-sovet dövrünün rekord həddinə çatıb. Rusiyanın hasilatı bu səviyyədə dondurması OPEC ölkələrini razı salmayacaq. Belə ki, Rusiya hazırda ən çox neft hasil edən ölkədir. Buna görə də neft hasilatçısı olan ölkələr Rusiyanın da hasilatı azaltmasını istəyəcək. Digər ölkələr də hasilatın dondurulmasına razılaşsalar da, sonradan vədlərinə əməl etməyəcəyi gözlənilir. Vyana sammitindən sonra neft qiymətlərinin qısamüddətli artıma səbəb ola bilər, lakin daha sonra kəskin azalma proqnozlaşdırılır.
 
Demokratik.Az
Oxşar xəbərlər