Stoltenberq: “ABŞ-a güclü NATO lazımdır”

  • 15 noy 2016, 21:55
ABŞ-ın yeni prezidenti Donald Tramp Vaşinqtonun NATO qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Məlumata əsasən bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, güclü NATO həm Avropa, həm də ABŞ üçün vacibdir.

Qeyd edək ki, NATO-nun xərclərinin 70%-ni ABŞ ödəyir. Vaşinqton bundan öncə dəfələrlə Avropa ölkələrini öz müdafiə xərclərini artırmağa çağırış etsə də, heç bir uğur əldə etməyib. Donald Tramp seçkiqabağı təşviqat kampaniyası zamanı ABŞ-ın yalnız NATO qarşısında öhdəliyini ədalətlə yerinə yetirən ölkələri müdafiə edəcəyini açıqlaması onun prezident seçilməsindən sonra Avropa dövlətlərinin narahatlığını artırıb.
 
Demokratik.Az

Oxşar xəbərlər