Avropa Parlamentinin sədri yenidən Türkiyəni hədələdi

  • 13 noy 2016, 20:50
Avropa Parlamentinin sədri Martin Şults Türkiyəyə xəbərdarlıq edib ki, ölüm cəzasının bərpa olunacağı halda ölkə Avropa Birliyi tərəfindən təcrid olunacaq.

Virtualaz.org-un məlumatına görə, o, Bild am Sonntag-a müsahibəsində Türkiyədə jurnalistlər və müxalifətçilərin həbsini şərh edərkən ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların kəsilə biləcəyini bəyan edib.

"Biz Avropa Birliyində fikirləşməliyik ki, hansı iqtisadi sanksiyalara müraciət edə bilərik", - deyə Avropa Parlamentinin başçısı vurğulayıb.

Şultsun sözlərinə görə, ilin sonuna kimi artıq 20 ildir Türkiyə və Avropa Birliyi arasında qüvvədə olan Gömrük Şurasının islahatı keçirilməlidir.

"Mən təsəvvür edə billmirəm ki, müxalifət deputatlarının və jurnalistlərin həbs dalğasından sonra biz Gömrük Şurasını genişləndirəcəyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər