“Şantajçılar məndən 2 milyon dollar istədilər” – Ağalarov

  • 10 noy 2016, 20:48
Azərbaycan əsilli iş adamı Araz Ağalarov ona məxsus "KrokusEkspo”da partlayış hədəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə öz ünvanına gələn təhdidlərdən danışıb.

Musavat.com-un Minval.az-a istinadən verdiyi xəbərə görə, Ağalarov deyib ki, bomba aşkarlananadək sərgi mərkəzində ona hansısa 2 milyon dollar borcun qaytarılması tələbi ilə mütəmadi zənglər olub. 

İstintaqın aydınlaşdırdığına görə, şantajçılar əks halda biznesmeni problemlər yaradacaqları ilə hədələyiblər. Başqa sözlə, "Krokus”dakı bomba yalnız A.Ağalarovu qorxutmaq məqsədi güdüb, təşkilatçıların planına görə, partlayış olardısa belə, o zaman heç kim zərər çəkməməli idi.

Tapılmış partlayıcı ilə bağlı təhqiqat aparan xüsusi xidmətin müstəntiqlərinə açıqlamasında iş adamı həmçinin çoxdan hədələndiyini bildirib. Bu barədə istintaq orqanındakı etibarlı mənbə deyib. Məhz onun bu ifadələri də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi üzrə ("Partlayış yolu ilə başqasının əmlakını məqsədli şəkildə məhv etmə”) cinayət işi açılması üçün əsas olub. 

Beləcə, xüsusi xidmət orqanları terror aktı versiyasını tamamilə istisna edib. Çünki "KrokusEkspo”nun tualetində qoyulan partlayıcı maddə sadəcə, cinayətkarlığın niyyətinin ciddi olması barədə Araz Ağalarova bir siqnal olub. 

Bununla belə, iş adamı baş verənlərin arxasında konkret kimin dayana biləcəyi haqda danışmaqdan imtina edib.

Musavat.com
Oxşar xəbərlər