Çavuşoğlu Ştaynmayerin zənglərinə cavab vermir

  • 05 noy 2016, 18:43
Almaniya-Türkiyə arasında yaranan siyasi gərginlik davam edir.
 
Axar.az xəbə verir ki, "Cümhuriyyət” qəzetində jurnalistlərin və Səlahəddin Dəmirdaş başda olmaqla 10 HDP-çi deputatın həbsi iki ölkə arasında münasibətləri daha da kəskinləşdirib.
 
HDP-də aparılan əməliyyatlardan sonra Türkiyənin Almaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Üfüq Gəzər bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Diplomatı qəbul edən Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer Türkiyədə baş verən həbslərlə bağlı məlumat alıb.
 
Daha sonra Ştaynmayer türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaratmaq istəyib.
 
Hürriyət-in məlumatına görə, Almaniya tərəfi bunun üçün iki dəfə cəhd edib. Cəhdlərin hər ikisində Ştaynmayer telefonda gözləsə də, Türkiyə tərəfi telefon danışığının baş tutmayacağını bildirib.
 
Bundan əlavə, Almaniyanın baş diplomatı bir müddətdir Türkiyəyə səfər etmək istəyir. Lakin rəsmi Ankara bu vaxta qədər nazirin səfəri ilə bağlı vaxt təyin etməyib. Hətta Ştaynmayer bir neçə həftə öncə görüş üçün tarix təklif edib. Türkiyə XİN-i isə "Bizə uyğun deyil” cavabını verib.
 
Demokratik.Az
Oxşar xəbərlər