Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:49 - 19.03.2019  
Putindən misli görünməmiş güc nümayişi
Tarix: 23-10-2016, 15:36 | Bölmə: Xəbərlər » Dünyada

Putindən misli görünməmiş güc nümayişiGələn həftənin əvvəlində Rusiyanın 30-a yaxın hərbi gəmidən ibarət dəniz qruplaşması Aralıq dənizinin şərq hissəsində, Suriya sahillərində olacaq.

NATO ölkələri Rusiyanın Aralıq dənizində bu misli görünməmiş hərbi aktivliyini ciddi narahatlıqla izləyirlər.

Rusiya hərbi komandanlığı elan edib ki, "Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin başçılığı ilə Şimal donanması Aralıq dənizinə doğru istiqamət alıb. Bu, Rusiyanın malik olduğu yeganə təyyarədaşıyan gəmidir. Murmansk sahillərindən yola çıxan "Admiral Kuznetsov” və onu müşaiyət edən gəmilər Böyük Britaniya ilə Fransanı ayıran dar Pa-de-Kale körfəzindən, habelə La Manş boğazından keçiblər. Gəmiləri izləmək üçün Norveç kəşfiyyatçı təyyarələri havaya qaldırıb. Habelə Böyük Britaniyanın "Tornado” qırıcıları "Admiral Kuznetsov”un üzərindən alçaqdan uçuşlar həyata keçirib. Gəmi qruplaşmasının La Manş boğazından keçməsini Britaniya telekanalları canlı yayımlayıb.

"Bu, sadəcə olaraq güc nümayişidir. Hazırda biz Rusiya donanmasında döyüş qabiliyyətli nə varsa hamısının Suriyaya istiqamət aldığını görürük”-Norveç silahlı qüvvələrinin Komanda məktəbindən Tomas Slensvik deyib.Putindən misli görünməmiş güc nümayişi"Admiral Kuznetsov” təyyarədaşıyanını 7 köməkçi gəmi və 1, yaxud 2 sualtı qayıq müşaiyət edir. O cümlədən Baltik donanmasının əsas hissəsi Aralıq dənizinə doğru yola çıxıb və tezliklə "Admiral Kuznetsov”un başçılıq etdiyi qruplaşma ilə birləşəcək. Başqa sözlə, prezident Putin Rusiya donanmasında az qala üzə bilən nə varsa hamısını Suriyaya göndərib.

BBC qeyd edir ki, gəmi qruplaşmasının xüsusən Şimal dənizi və La Manş boğazı vasitəsilə göndərilməsi Rusiya tərəfindən Qərbə dəqiq siqnaldır. "Əgər bütün gəmilər eyni vaxtda Aralıq dənizinin şərq sahillərində cəmləşsə bu, soyuq müharibənin başa çatmasından sonra Rusiya tərəfindən ən irimiqyaslı cəmləşmə olacaq”-Norveçin Komanda məktəbindən kapitan Slensvik yerli TV2 telekanalına bildirib.

Rusiya komandanlığı "Admiral Kuznetsov” təyyarədaşıyanı başda olmaqla Şimal donanmasının gəmilərinin üç günlük təlimə başlayacağı haqda Norveçi xəbərdar edib. Lakin təlimlərin başlamasından cəmi bir neçə saat sonra gəmilər Aralıq dənizinə doğru istiqamət alıb. Birinci dəfə deyil ki, Rusiya ordusu hansısa qəfil həmlə üçün hərbi təlimlərdən görüntü kimi istifadə edir.
Rusiya bu qədər hərbi gəmini Suriya sahillərinə cəmləşdirməsinin məqsədini açıqlamır. Lakin Qərb analitikləri ehtimal edir ki, məqsəd Suriyanın üsyançıların və radikal islamçıların nəzarətində olan ikinci böyük şəhəri Hələbə həlledici zərbəni endirməkdir. Rusiya aviasiyası həftələrdir Hələbi bombalayır, şəhər mühasirədədir və xarabalıqlara çevrilib. Rusiya aviasiyasının endirdiyi bomba zərbələri nəticəsində Hələbdə dinc əhalinin qırılması Qərbdə Moskvanın hərbi cinayətlərdə ittiham olunması ilə nəticələnib. Belə görünür ki, Rusiyanın Hələbdə hərbi cinayətlər törətdiyi barədə bəyanatların artması Moskvanı bombardmanları dayandırmağa və yaraqlılara şəhərdən çıxmaq üçün dəhliz açmağa vadar edib. Lakin gözlənilir ki, ABŞ-da prezident seçkilərinə az qalmış Rusiya Hələbdə qələbəni bayram etməyə çalışır və bu məqsədlə hava zərbələrini artıracaq. 

Hələbin bir hissəsi mötədil müxaliflərin, bir hissəsi isə "Əl-Qaidə”yə bağlı "Ən-Nüsra Cəbhəsi”inin nəzarətindədir. Bəşər Əsədin ordusu, "Hizbullah", Rusiya muzdluları şəhərə qurudan hücum edir, havadan isə Rusiya aviasiyası və Əsədin hava qüvvələrinin qalıqları şəhərə zərbələr endirir. Buna baxmayaraq yaraqlıların müqavimətini sındırmaq hələ mümkün olmayıb. Bu gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, 1200-ə qədər yaraqlı Hələbdəki döyüşçülərə köməyə gəlib.

Virtualaz.org
Xəbər 2272 dəfə oxunub






Oxşar xəbərlər

Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham
İlham Əliyev Moldova Prezidenti ilə görüşüb
Qoy, Azərbaycanda bilsinlər ki... - Nisanovdan ismarış
Beyləqanın icra başçısı vətəndaşların qəbul gününü "boykot" edib
Səfər Əbiyev illər sonra göründü – Fotolar
Azərbaycan öz antivirus sistemini təqdim edəcək
Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır
Hüquq müdafiəçiləri Fuad Ələsgərovla görüşdülər
Kamil Zeynallının həbs müddəti bəlli oldu
Zamirə Hacıyevanın izahat üçün vaxtı daralır
Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
Hafiz Hacıyev canlı yayında ayaqqabısını çıxardı - VİDEO
Beyləqanın sabiq deputatı sakinlərin torpağını "işğal" edib - İttiham
ADAU daha bir nominasiyanın sahibi oldu
Jurnalistdən sərt TƏLƏB: "Məhkumları müxtəlif xəstəliklərdən qorumalısınız..."
"Gənc Aqronomlar Məktəbi" layihəsi start götürüb
Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!
Kəmaləddin Heydərovun daha bir şirkəti ləğv olunur
İsrail hərbçisi müsəlmanları təhqir etdi
Azərbaycanlı milyarder Putinin qəzəbinə tuş gəldi
ATƏT sədri bu gün İrəvana səfər edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13978] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00697] calend [0.00039] topnewsend [0.00344] rsssend [0.00000] ehgend [0.01136] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11639]