Türkiyədə terrora qarşı 5 maddəlik yeni konsepsiya

  • 16 okt 2016, 17:46
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyənin üzləşdiyi bütün terror qruplarının fotoları çəkilib:"Son zamanlar təhdidlərin artması fonunda dinin istismarına qarşı tədbirin alınması da daxil olmaqla İslam dünyasının başına bəla olan bütün terror qruplaşmalarına qarşı mübarizənin çərçivəsi çəkilib".
İnformasiyaya əsasən, terrora qarşı yeni startegiya aşağıdakı 5 maddədən ibarətdir:

1.Mülki cəmiyyətdə özünə yuva quran ünsürlərə qarşı mübarizə;

2.Xalq arasında gizlənərək, terrorçulara maddi-texniki və informasiya dəstəyi verənlərə qarşı mübarizə;

3.Bələdiyyəyə və vətəndaş cəmiyyətlərinə sızan ünsürlərə qarşı mübarizə;

4.İstənilən səbəbdən terrorçulara maliyyə-iqtisadi dəstək verənlərə qarşı mübarizə;

5.Terror qruplaşmalarına qarşı Türkiyə sərhədlərindən kənarda mübarizə.

Report.az
Oxşar xəbərlər