Klinton Trampı 7 faiz qabaqlayır

  • 15 okt 2016, 09:31
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 7 faiz qabaqlayır.

Oktyabrın 10-12-də Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 3-6-da  telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü cəmi 2 faiz təşkil edib (Klinton - 44%, Tramp - 42%).
 
Oktyabrın 9-da Klintonla Tramp arasında ikinci teledebat keçirilib. CNN telekanalının sorğusuna əsasən, sabiq dövlət katibi teledebatda 37%-ə qarşı 57% səslə qalib qəlib.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

APA
Oxşar xəbərlər