İstanbulda növbəti terror aktı törədilib - VİDEO

  • 06 okt 2016, 19:16
İstanbulda Polis Mərkəzi qarşısında avtomobil deyil, motosiklet partladılıb.
 
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib. Vali partlayış nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.

Yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı xəstəxanalara çatdırlıb.
 
Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.
 
Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.
 
Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.
 
Demokratik.Az
Oxşar xəbərlər