ABŞ 55 ildən sonra Kubaya səfir təyin etmək istəyir

  • 28 sen 2016, 11:39
ABŞ hakimiyyəti 55 il sonra Kubaya ilk dəfə səfir təyin etməyi planlaşdırır.

Kuba və ABŞ arasında diplomatik münasibətlər 1961-ci ildə kəsilmişdi. Kuba səfirinin namizədliyini prezident Barak Obama təklif edib. Obamaya görə bu vəzifəni tutmağa hal-hazırda Kubada müvəqqəti işlər vəkili vəzifəsi tutan Cefri Dilaurentis layiqdir. 


Dilaurentis iki dövlətin münasibətləri normallaşdırmaq haqda qərar qəbul etdiyi keçən ildə bu yana adadadır. 

Daha əvvəllər o, ABŞ-ın BMT nümayəndəliyində, Boqotada ABŞ səfirliyində çalışıb. 
Oxşar xəbərlər